Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Daha 8 iş adamının həbs müddəti uzadıldı: "Beynəlxalq Bank işi"

beynelxalq_bank_327904505Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan daha 8 nəfər iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Xeberinfo.com:  Məlumata görə, həmin iş adamları barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Bununla da Beynəlxalq Bank işinə görə saxlanılan və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılan iş adamlarının sayı 11 olub.
Qeyd edək ki, daha əvvəl “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz və “Şəki İpək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarov barəsində də seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Xatırladaq ki, həmin şəxslər 2015-ci ilin may ayında saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bundan əvvəl də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam