Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saxta diplomda adı hallanan eks-direktorun evi yandırıldı

 

   

    Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysovun Qazax rayonunun Daş Salahlı kəndindəki evini yandırıblar. 

     "xeberinfo.com": Qazax rayon polis şöbəsinin rəis müavini Firuz Babayevin məlumata görə, yanğın səhər saat 10:00 radələrində baş verib. Onun sözlərinə görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax bölməsinin əməkdaşları hadisə yerindədirlər. 
       Hazırda yanğının söndürülməsi üçün 6 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub.  F.Babayev əlavə edib ki, yanğının baş vermə səbəbləri hələlik bəlli deyil. Onun sözlərinə görə, yanğın zamanı evdə heç kəs olmadığından xəsarət alan da olmayıb. 
     Yerli sakinlərin verdiyi məlumata görə, İsa Veysovun evini yandırılmasına bir neçə dəfə cəhd olub. Bunun səbəbi isə keçmiş direktorun saxta diplomlar paylaması olub. Diplomların saxta olması müəyyən edildikdən sonra tələbələr və onların valideynləri onun evini odlamağa bir neçə dəfə cəhd ediblər. 
     Məlumata görə, ayrı-ayrı rayonlardan dəfələrlə o evə hücum edilib. Bir həftə əvvəl Biləsuvar rayonundan bir qrup adam gəlib evi yandırmağa cəhd edib. Sakinlərin sözlərinə görə, bugünkü yanğını isə Gədəbəydən gələn bir neçə zərərçəkən törədib. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam