Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cahangir Hacıyev xanımının qaçırılması ilə bağlı Hacı Məmmədovla görüşüb

eldar-maxmudov-cahangirrr

Akif Çovdarovun şərlədiyi qardaşların taleyindən xəbər yoxdur

Xeberinfo.com:   Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla quda olduqdan sonra Hacı Məmmədovla şəxsən görüşüb. Görüş Eldar Mahmudovun dəstəyilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında baş tutub. İddialara görə, Cahangir Hacıyev görüşdə Hacı Məmmədovdan xanımının qaçırılması ilə bağlı olayın təfsilatını soruşub.
Hacı Məmmədovun dedikləri Cahangir Hacıyevlə Eldar Mahmudovun əlində rəqiblərinə qarşı rıçaq olub. Ümumiyyətlə, Eldar Mahmudov bir çox məmuru məhz Hacı Məmmədovun verdiyi bilgilər əsasında “verbovat” edib.
Redaksiyamıza daxil olan başqa məlumatda isə bildirilir ki, Eldar Mahmudovun yaratdığı dəstə xarici media ilə də fəal işləyib. Məlumata görə, dəstə hansısa məmuru sıradan çıxarmaq istədikdə xarici mətbuatda onun haqqında kompromat tipli materiallar dərc etdirirmiş. Dəstənin hədəfinə gələn məmurların sırasında xüsusilə maliyyə naziri Samir Şərifovun adını çəkmək olar.

akif-covdarovMTN-in həbs edilən generalı Akif Çovdarov barədə də ilginc məlumat yayılıb. AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Facebook” səhifəsində yazıb ki, Akif Çovdarovun Badamdar qəsəbəsində özünün, qızının və oğlunun Badamdar qəsəbəsindəki villalarının ərazisi iki qardaşa məxsus olub.
Həmin şəxslər Akif Çovdarov tərəfindən şərlənərək həbs ediliblər. Bu günə qədər onların taleyindən xəbər yoxdur

 

Azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam