Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Bir ailənin qətliamına görə -Ömürlük həbs!

Abşeronun Digah qəsəbəsində bir ailənin üç üzvünü xüsusi amansızlıqla öldürməkdə, başqa bir şəxsə isə xəsarət yetirməkdə ittiham olunan Sərxan Həşimovun məhkəməsi başa çatıb.

Yenixeber.org-un məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Nahid Mirzəyevin sədrlik etdiyi hakimlər 50 yaşlı müttəhimi ittiham olunduğu maddələrin hamısı ilə təqsirli biliblər. S.Həşimov ömürlük azadlıqdan məhrum edilib. O, nə vaxtsa əfv edilməzsə, bütün ömrünü həbsxanada keçirəcək.

Qeyd edək ki, hadisə ötən ilin yayında baş verib. Sərxan Həşimov qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisi arvadı Zümrüd Həşimova, onların qızı Xəyalə Kərimovanı, sonradan isə Mehdiabad qəsəbəsinə gedərək tanışı Ələsgər Hüseynovu baltalayıb. Ailə üzləri aldıqları xəsarətlərdən ölüb, sonuncunun isə həyatını xilas etmək mümkün olub.

Hadisəni törətməkdə şübhəli bilinən S.Həşimova Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam