Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

FAZİL MƏMMƏDOVUN ŞİRKƏTİ VERGİSİZ ZONADA

 

“Synergy Group”un törəmələrindən biri də vergisiz zonaya dislokasiya olunub

“Azerbaijan Fibro Cement” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu alıb. Maraqlıdır ki, fibrosement istehsal edən zavod 2014-cü ildən Salyan şossesinin 47-ci kilometrliyində tikilir. Orda 7 ha sahədə tikintinin ikinci mərhələsi idi. İlk məhsul bu ilin II yarısında buraxılmalı idi.
"Xeberinfo.com":  İqtisadiyyat və Sənaye Nazirliyi mətbuat xidmətinin məlumatıan görə, “Azerbaijan Fibro Cement” MMC-yə onun müraciəti əsasında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 4-ə çatıb. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətlərindən olan Avstriyanın “MFL” şirkəti tərəfindən təmin ediləcək. Bu barədə memorandum 2013-cü ildə Vyanada Avstriya-Azərbaycan Biznes Forumunda imzalanıb.
1SEN“Azerbaijan Fibro Cement” MMC-nin yeganə təsisçisi“Synergy Group” ASC təmsilçiləri 2014-cü ilin oktyabrında KİV-ə müsahibəsində bildiriblər ki, fibrosement istehsal edən zavodun tikintisi 2010-cu ildən fəaliyyət göstərən bu holdinqin sənayeyə qoyuduğu ən böyük sərmayədir. O vaxt avadanlığın ilk partiyası Azərbaycana göndərilməyə hazır idi.
Artıq Sumqayıtda tikiləcək zavodda düz fobrosement panellər, dalğalı panellər, dam örtüyü panelləri buraxılacaq. Onlardan binaların fasad və interyerində istifadə edilir. Material sement, qum və sellüloz lifindən ibarətdir.
Müəssisənin layihə gücü 6 mln m2-dir. Burda 150-200 nəfər çalışacaq.
Qanunvericiliyə əsasən, sənaye parklarının rezidentləri əsas vergilərdəna zad edilir.
1se“Synergy Group” ASC-yə sənaye, tikinti və s sahələr üzrə 30-dan çox şirkət daxildir. Şirkətin adı bu yaxınlarda deputat Eldar İbrahimovun qardaşına məxsus “Kövsər Bank”ın 38 milyonlıq nəzarər-səhm paketini alması ilə gündəmə gəlmişdi.

Qeyd edək ki, “Synergy Group” ASC-nin hansı oliqarxa məxsus olduğu açıqlanmasa da, səhmlərinin 99%-nin Əşrəf Kamilov adlı birinə məxsus olduğu məlumdur. Bəzi məlumatlara görə isə, şirkət vergilər naziri Fazil Məmmədovun nəzarətindədir. Başqa faktlar da bunu təsdiqləyir.
Belə ki, Əşrəf Kamilovun həm də “AtaBank” ASC-nin 8%, “Bank VTB-nin (Azerbaijan)” 0,1% səhminə sahib olduğuna dair məlumatlar var. Daha maraqlı məqam isə odur ki, “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 2012-ci il üçün auditor hesabatında qeyd olunub ki, faktiki olaraq bu şirkəti Əşrəf Kamilov idarə edir.
“Synergy Group” ASC-nin tərkibinə isə Azərbaycan Universiteti kimi böyük ali təhsil müəssisəsindən tutmuş, “Excelsior Hotel Shamkir”ə qədər, çoxlu sayda müxtəlif təyinatlı müəssisələr, şirkətlər daxildir.
Qeyd olunanlara əsasən ehtimal etmək olar ki, “Synergy Group” ASC ilə “AtaBank”ın, “Akkord”un sahibi eyni şəxs və ya eyni çevrədir. Nəzərə alsaq ki, mətbuatda “AtaBank”ın, “Akkord”un sahibi kimi Bakı klanının təmsilçilərinin adları çəkilir, onda “Synergy Group” ASC-nin eyni klana aid olduğu şübhə doğurmaz.

1ataYeri gəlmişkən qeyd edək ki, “Synergy Group” ASC-nin rəsmi saytında səhmdarların adları açıqlanmayıb. Ancaq “Synergy Group” ASC-nin faktiki sahibi ilə ən azı “AtaBank”ın sahibinin eyni adam olduğunu düşünməyə əsas verən çoxlu məqamlar var. Məsələn, 2014-cü ilin sentyabr ayından etibarən “Synergy Group” ASC-nin Müşahidə Şurasının Sədri olan Dəyanət Quliyev karyerasına “AtaBank” ASC-də Xəzinədarlıq Departamentinin Baş mütəxəssisi vəsifəsində başlayıb. Daha sonra təhsili ilə əlaqədar olaraq bir müddət əmək fəaliyyətini dayandırıb. 2008-ci ildə “AtaBank” ASC-nin Bank kartları və elektron xidmətlər Departamentinin direktor müavini, daha sonra isə “AtaBank” ASC İdarə Heyəti sədrinin müavini təyin edilib. 2013-cü ilin fevral ayından 2014-cü ilin sentyabrınadək “AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini olub. Ordan da “Synergy Group” ASC-yə göndərilib.

1fazVə ya yaxud başqa bir fakt. “Synergy Group” ASC-nin rəsmi saytında Azərbaycan Universiteti onun subyektlərindən biri kimi qeyd olunur. Bu Universitetin Vergilər Nazirliyinin himayəsi altında olduğu isə hər kəsə məlumdur. Nə təsadüfdür ki, “AtaBank”ın da daxil olduğu “ATA HOLDİNQ”in yaradıcısi kimi vergilər naziri Fazil Məmmədovun adı çəkilir.
“Synergy Group” ASC-nin tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlərin Fazil Məmmədovun kurasiyasında olan Şəmkirdə yerləşməsi isə təsadüfdən daha çox bu Səhmdar Cəmiyyətin vergilər nazirinə bağlılığı ehtimalını yaradır.
Yəni, şirkət şəxsən Fazil Məmmədovun adına olmasa da, onun nəzarətində olduğu şübhə doğurmur. Holdinqin müəssisələrinin bir hissəsinin onun doğma rayonunda yerləməsi də bununla bağlanılır.

AzPolitika.info.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam