Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

MTN prezidenti necə dinləyib?

 

«MTN işi» ilə bağlı yeni təfərrüatlar; Əli Abbasov «4 nömrə»nin qurbanı olub; dövlət başçısı və yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulan xüsusi rabitə xətti bağlanıb

Xeberinfo.com:   “MTN işi” ilə bağlı “Azadlıq”a yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Eldar Mahmudov və şəbəkəsi ifşa olunduqdan ölkə başçısı və yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulan xüsusi rabitə xətti bağlanıb. Məlumat üçün deyək ki, bu rabitə xətti məmurlar arasında “4 nömrə” adı ilə məşhurdur.

Ölkə başçısı məhz bu xüsusi rabitə xətti ilə məmurlarla əlaqə saxlayır. Həmçinin yüksək vəzifəli məmurlar da bir-birlərilə bu “4 nömrə” ilə əlaqə saxlayırlar. Məlumatlarda deyilir ki, sözügedən rabitə xətti Eldar Mahmudov və dəstəsinin nəzarətində olub. Beləliklə, keçmiş MTN şefi yüksək vəzifəli məmurları, o cümlədən ölkə başçısını dinləyib. Məlumatlara görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslərin həyata keçirilməsi də bununla bağlıdır.

Bu arada azpolitika.info Eldar Mahmudovun rabitə sistemini necə təhdid etməsi, Əli Abbasovu hansı metodlarla “verbovka” etməsi, Bakı Telefon Rabitəsi Istehsalat Birliyini necə nəzarətinə keçirməsi, ora yaxın qohumu Beytulla Hüseynovu hansı metodla rəhbər gətirməsi, əvvəlki rəis Nəriman Salmanovu girov götürməsi, onu istefaya məcbur etməsi haqda maraqlı məlumatlar yayıb.

Xəbəri verən mənbə bildirib ki, 2005-ci ilədək Gəncə Telekommunikasiya Idarəsinə rəhbərlik edən Nəriman Salmanov Əli Abbasov rabitə naziri təyin olunandan sonra Bakıya gəlib. Nazir onu Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin rəisi vəzifəsinə irəli çəkib. Lakin bundan qısa müddət sonra onun, necə deyərlər, başına müsibətlər gətirilib. Mənbənin dediklərindən: “Nəriman Salmanov BTRIB-ə rəis gətiriləndən bir neçə ay sonra onu MTN-ə çağırıblar. Orada ona nazir E. Mahmudovun adından deyilib ki, bütün fəaliyyətini MTN-dəki bir qrupla razılaşdırmalıdır, onların dedikləri bütün qanunsuz işləri həyata keçirilməlidir. Həmin vaxt ona deyilib ki, Eldar Mahmudov üçün maraqlı olan adamların telefonları nəzarətə götürülməli və daim dinlənməli, nəticə haqda da nazirin özünə sistematik olaraq məruzə edilməlidir. Nəriman Salmanov peşəkar rabitəçidir, qanundan qorxan adamdır, birmənalı şəkildə bundan imtina edib. Deyib ki, əgər bunlar dövlətə lazımdırsa, məhkəmə qərarı çıxarılsın, bundan sonra dinləmələri həyata keçirməyə qanun imkan verir. Bu zaman onu orada döyüblər, təxminən 1 aya yaxın kənar bir yerdə, iddiaya görə, general Akif Çovdarovun gizli həbsxanasında saxlayıblar. Bu müddət ərzində ailəsi belə onun harada olmasından xəbər tuta bilməyib. Nəriman Salmanov, nəhayət, həmin vəzifədən istefa verəcəyini bildirib, bundan sonra onu azad ediblər. O, dediyinə əməl edərək istefa ərizəsi yazıb. Bütün bu proseslərdən Əli Abbasov məlumatlı olub. Amma həmin vaxt Eldar Mahmudov Əli Abbasova deyib ki, bütün bunlar ölkə rəhbərliyi ilə razılaşdırılıb, faktiki olaraq onu aldadaraq öz istəyinə nail olub. Nəriman Salmanov Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin rəhbəri vəzifəsindən azad edildikdən dərhal sonra Eldar Mahmudov Əli Abbasovdan o posta qohumu Beytulla Hüseynovu təyin etməyi tələb edib və tələb icra olunub. Faktiki olaraq bu olaydan sonra Əli Abbasov da Eldar Mahmudovun icra komandasına daxil olub”.

Qaynaq deyir ki, Nəriman Salmanov BTRIB-dən gedəndən sonra Əli Abbasov onu Yasamal Telefon Qovşağının rəisi vəzifəsinin icraçısı təyin edib. Lakin Eldar Mahmudov buna da mane olub: “Deyib ki, Yasamal strateji ərazidir, Nəriman orada da bizə mane olacaq, onu başqa yerə göndər. Bundan sonra onu ucqara, Sabunçu Telefon Qovşağının rəisi vəzifəsinə təyin ediblər. O, burada da daim təhdid altında olub. Bunlara görə o, kabinetinin içərisini də kameralatmışdı ki, otağa gələn hər kəsin davranışları da qeydə alınsın. Bundan başqa, vaxtaşırı Sabunçu ATS-in əməkdaşlarının rəisə qarşı ”zəhmətkeş” məktubları peyda olurdu”.

Nəriman Salmanov özü bir neçə ay öncə mətbuata verdiyi açıqlamada da qeyd edib ki, ona qarşı qərəzli kampaniya aparılır. Sitat: “KIV-lərə mənimlə bağlı anonim iddialar göndərirlər. Bu iddiaları yazanlar, yalan deyənlər öz adlarını, imzalarını gizlədirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam