Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Rusiya 1 nömrəli "qanuni oğru"dan belə istifadə edir -ŞOK İDDİA

 

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları milli təhlükəsizliyə xələl gətirmək və ölkədə sabitliyi pozmaq cəhdlərinin qarşısını alıblar.

Yenixeber.org bildirir ki, Milli Polisin Strateji Təhqiqatlar Departamentinin rəhbəri Andrey Rubel “qanuni oğru”larla mübarizə, hüquqi alətlər və onun effektivliyindən danışıb. O qeyd edib ki, cinayətkarlığın 680 nümayəndəsi sanksiya altındadır, daha 382 nəfərin Ukraynaya girişi qadağan edilib.

Rubel deyib ki, ruslar Şakro Molodoy adlı “qanuni oğru” vasitəsilə bizim həbsxanalara təsir etmək, istintaq təcridxanalarında və koloniyalarda iğtişaşlar törətmək istəyirlər. Polis Şakro Molodoy barəsində bu sözləri deyib:

“Başa düşürük ki, o, Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqə saxlayır, çünki həbsdən belə asanlıqla çıxmazdı. Ruslar onun vasitəsilə bizim həbsxanalara təsir etmək, istintaq təcridxanalarında, koloniyalarda iğtişaşlar törətmək istəyirdilər. Biz qrafikdən əvvəl işlədik və alınmadı - bu vəziyyətə tam nəzarət edirik”.

Tam miqyaslı işğalın əvvəlində ölkənin müəyyən bölgələrində təlim keçirilib. Orada polis başa düşüb ki, bu ərazilərdə vəziyyət kriminal əlaqələrə görə sabitliyi poza bilər.

Bildirilir ki, Ukraynanı müdafiə edəcək 350 məhbus artıq cəzaçəkmə yerlərindən azad edilib. Bunu “The New York Times” qəzetinə müsahibəsində Ukraynanın ədliyyə naziri Denis Malyuska deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam