Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Bandotdel” Abşeronda əməliyyat keçirdi

 

      Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi və Abşeron Polis Şöbəsinin əməkdaşları bu gün sübh çağı xüsusi əməliyyat keçiriblər. 

 

      "Xeberinfo.com":Məlumata görə, Hökməli qəsəbəsində keçirilən əməliyyat nəticəsində 5 nəfər saxlanılıb. Onların arasında kənd mollası da var. Saxlanılanlar bir müddət öncə həbs edilən Hökməli sakini Rasim Cəbrayılova yaxınlıqları ilə tanınırlar.

     Abşeron RPŞ-dən faktı təsdiqləyiblər. Bildirilib ki, bu gün səhər saatlarından başlayaraq Abşeron rayonu, Hökməli qəsəbəsində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Abşeron polisi ilə birgə həyata keçirdiyi əməliyyat məhkəmə qərarı əsasında reallaşdırılıb və bir sıra şəxslərin evinə baxış keçirilib. Evində narkotik vasitə və kol aşkarlanan 5 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətirilib.

     Əməliyyata Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi rəisinin birinci müavini Heydər Xəlilov başçılıq edib.

      Saxlanılan şəxslərdən biri Həsən Əliyoldaşov kənd mollasıdır və kənddə təxribatçı çıxışları ilə tanınır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam