Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nəqliyyat sektorunda da səs-küylü həbslər iddiası

Nəqliyyat sektorunda da səs-küylü həbslər iddiası

 

Hüseyn Salamovun həbsi xəbəri yayıldı

 

"Xeberinfo.com":   Nəqliyyat sektorundakı özbaşınalıqlara görə də araşdırmalar başlayıb
Redaksiyamıza Nəqliyyat Nazirliyinin  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi Hüseyn Salamovun həbs edilməsi ilə bağlı məlumat daxil olub. Xəbərdə bildirilir ki, nəqliyyat sektorundakı özbaşınalıqlarla bağlı yoxlamalar başlayıb və ilkin olaraq H.Salamov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
Nəzərə çatdıraq ki, H.Salamov avqust ayında işdən çıxarılıb. Bu barədə müsavat.com-un ötən saylarında yazılmışdı. Avqust ayının 3-də Nəqliyyat Nazirliyində keçirilən iclasda nazirliyin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən çıxarılıb. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar. 
Qeyd edək ki, həmin görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunub. Maraqlıdır ki, həmin müşavirədə Z.Məmmədovun iştirak etmədiyi iddia olunurdu. Hüseyn Salamov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə  2014-cü ilin yanvarında təyin edilib.
Nəzərə çatdıraq ki, Avropa Oyunları zamanı H.Salamovun məsul olduğu sahədə ciddi nöqsanlar aşkarlanmışdı, “Atletlər kəndi”ndə baş verən qəzaya görə onun da sorğu-sual edildiyi bildirilirdi. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam