Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

ARDNŞ təhlükəsizlik təminatı ilə bağlı proqram hazırlayıb

 

Bir-birinin ardınca qəzaların baş verdiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) təhlükəsizlik şəraitinin təminatı ilə bağlı tədbirlər proqramı hazırlanıb.
"Xeberinfo.com": Məlumata görə, mədən və özüllərdə, estakada və meydançalarda baş verən qəzaların aradan qaldırılması üçün əsas kapitala yönəldilən investisiyaların azaldılması, əsaslı təmir xərclərinin artırılması nəzərdə tutulub.
NQÇİ-nin istismar etdiyi bir sıra köhnə meydançaların təmiri ilə bağlı layihələr hazırlanacaq, ehtiyac duyulan hallarda vaqon evciklərin quraşdırılması, əvəzedici estakadaların tikintisi, özüllərarası neft-qaz xətlərinin çəkilməsi, qazpaylama sistemində, meydançalardakı enerji sistemlərində yenidənqurma işlərinin aparılması da planlaşdırılır.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə virtualaz.org saytına deyib ki, ARDNŞ-in arxivi baş verən qəzalardan sonra hazırlanan tədbirlər proqramı ilə doludur: “Nərimanov adına NQÇİ-də 3 qəza baş verdi, 10-a yaxın insan dünyasını dəyişdi, yaralılar oldu. 
Biz özüllərdə, estakada və meydançalarda təmir aparan podratçı şirkətlərin, ARDNŞ-in bu işə məsul əməkdaşlarının cəzalandırılmasının şahidi olmadıq. Tədbirlər proqramı qəzalardan sonra hazırlanır. Amma əvvəllər hər ilin ilk ayında estakadaların vəziyyəti yoxlanılırdı, mövcud vəziyyət qiymətləndirilirdi. Dövlət Neft Şirkətinin idarə və müəssisələrində infrastrukturlarda yenidənqurma işlərinin aparılılmalıdır”.
M.Qəhrəmanlı onu da qeyd etdi ki, neft sektorunda əməyin mühafizəsi və təhlükəsizliklə bağlı ciddi tədbirlərə ehtiyac var.
Qeyd edək ki, noyabrda “Nərimanov” adına NQÇİ-də iki qəza baş verib. 441-ci meydançada baş verən qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, xeyli yaralılar olub.
Noyabrın 6-da isə  “Nərimanov” adına NQÇİ-nin 2-ci mədən ərazisindəki uçqun zamanı 2 nəfər ölüb.
Xatırladaq ki, bu ilin 10 ayı ərzində ölkənin neft sektorunda 24 ölüm hadisəsi qeydə alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam