Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cahangir Hacıyev villasının gözətçisini necə milyonçu edib?

 

"Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC) ciddi maliyyə problemləri ilə üz-üzə qalıb. Bu haqda indiyədək mətbuatda çox yazılıb. 
"Xeberinfo.com":   "Bank Technique”də maliyyə vəziyyətinin pisləşməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) böhrana girməsindən sonra başladı. Bu ilin martında ABB-nin rəhbəri Cahangir Hacıyev tutduğu vəzifədən çıxarıldı. İlk vaxtlar bu, fəqrli şəkildə yozulurdu. Lakin may ayında bir çox tanınmış iş adamının, iri şirkətlərin rəhbərlərinin kredit borcuna görə həbs edilmələri Cahangir Hacıyevin personasını yenidən gündəmə gətirdi. 
Məlum oldu ki, C.Hacıyev son illər 6 milyard dollar (bəzi iddialara görə 10 milyard) məbləğində maliyyə vəsaitini kredit adı ilə mənimsəyib. O, bir çox şirkətlərə, iş adamlarına yüz milyonlarla, hətta milyardlarla manat kredit verib. Lakin götürülən kreditlər geri qaytarılmayıb.  
Bundan sonra Cahangir Hacıyevin nəzarətində olan "Bank Technique”də də ciddi böhran başladı. Artıq bu bank tam iflas həddindədir. Son durumla bağlı dəqiq bilgi almaq üçün əməkdaşımızı "Bank Technique”nin mərkəzi ofisinə yolladıq. Müxbirimizin qeydlərini oxucuların diqqətinə çatdırırıq:   
"Hazırda bankla müştərilər arasında da ciddi narazılıq var. Müştərilər banka qoyduqları depozitlərini geri ala bilmirlər.
Musavat.com-un əldə etdiyi məlumata görə, bankın filialları müştərilərdən alınan depozitləri geri qaytara bilmir. Problemin həlli üçün isə müştərilər baş ofisə göndərilir.
Bankın Babək prospektindəki baş ofisində olarkən depozitlərini almağa gələn bir neçə müştəri ilə söhbət edə bildik. Söhbətdən əvvəl bankda apardığımız müşahidə onu göstərdi ki, depozitlərin qaytarılması, demək olar ki, həyata keçirilmir. Bankda əsasən pul köçürmələri, ödənişlər həyata keçirilir. 
Bankın ödəniş terminalları əksər yerlərdə faəliyyətini dayandırıb. Elə baş ofisdə olan ödəniş aparatı da işləmir. Ödənişlər kassalarda həyata keçirilir.
Baş ofisdə olduğumuz müddətdə müştərilərdən biri ilə söhbətimiz zamanı məlum oldu ki, 2 aydan çoxdur baş ofisin yollarındadır. Müştəri 27 min dollar depozitini ala bilmir. Depoziti bir il əvvəl bankın Nərmianov filialına qoyan müştəri iki ay əvvəl pulunu geri almaq istəyib. Lakin filialdan pulu geri qaytarmaq imkanlarının olmadığını deyərək, onu baş ofisə göndəriblər. Müştəri də 2 aydır baş ofisə gedib-gəlir. Müştərilərə problemin sentyabr ayında həll ediləcəyi vədi verilib.
Bankın əksər ATM-lərində pul yoxdur. Müştərilər öz hesablarından pul çəkə bilmirlər. Bu əməliyyatı yerinə yetirmək üçün müştərilərə limit qoyulub. Limit günlük 200-300 manatdan çox deyil.
Əmanətlərinin geri qaytarılması sual altındadır. Mərkəzi Bankdan maliyyə vəsaiti ala bilməyən bank müflis olmaq təhlükəsi qarşısındadır. Maliyyə problemi yaşayan bank xeyli sayda əməkdaşını da ixtisar edib, bir neçə filialını da bağlayıb".
***
"Yeni Müsavat”a daxil olan məlumata görə, "Bank Technique” rəhbərliyi pulunu geri almaq istəyən fiziki və hüquqi şəxslərdən 20 faiz "şapka” istəyir. Mələn, bankda 100 min manat depoziti olan müştəriyə təklif olunur ki, məbləğin 20 min manatını rüşvət kimi bank rəhbərliyinə versə, yerdə qalan 80 min manatı ona qaytara bilərlər. 
Məlumatda həmçinin bildirilir ki, "Bank Technique”dən pulu çəkmək istəyənlərə başqa variant da təklif olunur. Müştərilərə deyilir ki, pulun əvəzində Cahangir Hacıyevə məxsus şirkətlərin inşa etdiyi binalardan mənzil alsınlar. Həmin vəsait mənzilə silinsin. Bu təkliflə maraqlananlar araşdırmalar zamanı öyrəniblər ki, C.Hacıyev tikdirdiyi binalardakı mənzilləri onlara ən azı iki dəfə baha qiymətə sırımaq istəyir... 
Cahangir Hacıyevlə bağlı daha bir sensasion məlumat əldə etmişik. ABB-nin sabiq rəhbərini yaxından tanıyan mənbə deyib ki, C.Hacıyev villasının gözətçisini və bağbanını qəfil milyonçu "edib”. Həmin gözətçi bu yaxınlarda kredit götürmək üçün bir banka müraciət edib. Məlum olub ki, onun Beynəlxalq Banka 1 milyon manat kredit borcu var. Araşdırmalar zamanı bəlli olub ki, bu krediti C.Hacıyev gözətçisinin xəbəri olmadan onun adına götürüb. Üstəlik bağbanın da adına 500 min manat kredit rəsmiləşdirib. 
Gözətçi məsələni öyrənməyə çalışıb. Ona deyiblər ki, C.Hacıyevin tapşırığı ilə ondan və bağbandan şəxsiyyət vəsiqələri alınanda bu saxtakarlıq baş verib.... Sən demə, bəhanə ilə bir müddət əvvəl bağbandan və gözətçidən sənədlərini 1-2 günlüyə vermələri istənilib. Onlar da bunun hansısa prosedur üçün lazım olduğunu zənn edib etiraz bildirmədən veriblər. Həmin adamların hüquq-mühafizə orqanlarına ifadə verdikləri deyilir. 
Mənbə bildirir ki, onlarla bu cür zərərçəkən şəxslər var. Bu adamların böyük əksəriyyətinin Cahangir Hacıyevin ofisində və malikanələrində işləyən sadə insanlar olduğu deyilir. Qaynağımız iddia edir ki, onlar üzləşdikləri vəziyyətlə bağlı polisə və prokurorluq orqanlarına müraciət ediblər. Ən dəhşətlisi budur ki, C.Hacıyevin dələduzluğunun qurbanı olmuş bu sadə, kasıb insanlar dərdlərini kimsəyə anlada bilmirlər. Yüz minlərlə, milyonlarla kredit borcu onların ayaqlarında qalıb.
musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam