Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Qaraçılar hərbi xidmətdən yayınırlar"

 

Bakının hansı küçəsinə, hansı metro stansiyasının çıxışına nəzər salsanız, oranın daimi sakinlərinə çevrilən qaraçıları görə bilərsiniz

 

"Xeberinfo.com":   Metronun “Neftçilər” stansiyasının çıxışında “körpünün altı” deyilən ərazidə qaraçıların toplu şəkildə insanların, avtomobillərin arxasınca qaçıb pul dilənməsinin yəqin ki, hamınız şahid olmusunuz.
Maraqlıdır, az qala Azərbaycanın bütün nöqtələrinə səpələnən qaraçıların qeydiyyatı varmı?
Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Qalib Rəhimov Modern.az saytına deyib ki, qaraçılarla bağlı bəzi məsələlər qeyri-müəyyəndir:
“Məsələ burasındadır ki, qaraçılar hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqları zaman cəzadan yaxa qurtarmaq üçün sənədlərini təqdim etmir.
Hazırda Daxili İşlər Nazirliyi onlara qarşı mübarizəni davam etdirir. Onlar müəyyən edildikləri ərazilərdə saxlanaraq yaşayış yerləri olan Yevlax rayonuna göndərilirlər. Qaraçılar respublikanın müxtəlif ərazilərində məskunlaşıblar, amma Yevlaxda onlar özlərinin formalaşdığı ərazidə (Qaraçı məhəlləsi) kompakt şəklində yaşayırlar”.
Qalib Rəhimov onu da bildirib ki, qaraçılar yaşadıqları yerlərdə qeydiyyatda olsalar da, sənədlərini gizlədərək hərbi xidmətdən də yayınırlar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam