Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Avtomobillər üçün bəzi parklanma yerləri ləğv edilib

 

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) təklifi ilə paytaxtda bir neçə yerüstü pullu parklanma yerləri ləğv edilib, orada quraşdırılan parkomatlar çıxarılaraq yerləri dəyişdirilib.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Trend-ə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, buna səbəb həmin yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilməsi olub.
K.Əliyev qeyd edib ki, yol kənarlarında quraşdırılan parkomatların nəqliyyatın hərəkətinə təsiri ilə bağlı bir müddət əvvəl BDYPİ, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nümayəndələrinin iştirakı ilə birgə keçirilən növbəti araşdırmalar zamanı 80-dən çox yerüstü pullu parklanma yerinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edildiyi aşkar edilmişdi: “Müəyyən olunmuşdu ki, parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilməsi xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə maneələr yaradır. Ona görə də həmin yerlərin ləğv edilməsi ilə bağlı BDYPİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılmışdı”.
Şöbə rəisinin fikrincə, mərkəz ərazilərdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var: “Lakin bu, razılaşdırılmış qaydada olmalıdır. Hazırda bu məqsədlə araşdırmalar davam edir”.
Məsələyə aydınlıq gətirmək məqsədilə sahəyə məsul qurum olan BŞİH Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən (XTAİ) hər hansı məlumat almaq üçün mütəmadi olaraq göstərdiyimiz cəhdlər nəticəsiz qaldı. İdarənin rəisi Həsən Abdullayev zənglərə cavab verməsə də, onun müavini Lətif Axundov Trend-ə bildirib ki, onlara KİV-ə hər hansı açıqlama vermək qadağan olunub. Bunun üçün BŞİH-in mətbuat xidməti ilə əlaqə saxlamaq lazımdır. BŞİH-in mətbuat xidmətindən isə bildiriblər ki, XTAİ-yə mətbuata açıqlama vermək üçün heç bir qadağa qoyulmayıb. Sadəcə, görünür, Avropa Oyunları öncəsi görülən işlərlə bağlı ümumi məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam