Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Nəzakət Teymurova Opera Teatrından getdi

nezaket-teymurova1Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrından gedib.

Xeberinfo.com:   Sənətçi yenicag.az saytına açıqlamasında bir də ayağını həmin teatra qoymayacağını və opera səhnəsinə çıxmayacağını bildirib:

“Öz ərizəmlə işdən getmişəm. Bunun üçün öz səbəblərim var. Heç vaxt kiməsə ixtiyar vermərəm və kiməsə şərait yaratmaram ki, məni işdən azad eləsin. Görəndə ki, o yerdən getmək lazımdır, ərizəmi yazdım və getdim. İndən belə heç vaxt məni səhnədə Leyli kimi görməyəcəksiniz. Yalnız lent yazılarında bunu görə bilərsiniz. Qoy opera səhnəsində başqaları çıxış etsin. Başqa deyəcəyim yoxdur”.

Qeyd edək ki, N.Teymurova 21 ildir ki, “Leyli və Məcnun” operasında ən çox sevilən Leylilərdən olub. O eyni zamanda “Gəlin qayası” və digər operalarda aparıcı partiyaları ifa edib.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən isə bildiriblər ki, Nəzakət Teymurova ötən ilin noyabr ayından ərizəsini yazıb: “Nəzakət xanım aktiv pedaqoji fəaliyyətlə məşğul olurdu. Bizdə isə əvəzçilik üzrə işləyirdi. Ancaq Leyli rolunda çıxış edirdi. Buna görə də öz istəyi ilə ərizə yazıb. Biz də onun istəyini yerinə yetirmişik. ”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam