Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mingəçevirdə ölən gəncin atası və dostu danışdı

 

Avqustun 20-də Mingəçevir Şəhər Polis İdarəsində naməlum şəraitdə ölən Bəhruz Hacıyevlə birgə polis şöbəsinə gətirilən Vaqif Hacıyev açıqlama verib. 
"Xeberinfo.com":   Məlumata görə, V.Hacıyev musavat.com-un Mingəçevirə ezam olunmuş reportyotu ilə söhbətində Bəhruzla birgə həbs edilməsi anını və sonra baş verənləri danışıb.
Bəhruz Hacıyevlə dost olan Vaqif Əzizov həmin gün bir yerdə olublar. Kənddə görüşən dostların yanında Dilqəm adlı daha bir kənd sakini də olub.
B.Hacıyev kənddə olan Samir adlı polisi görüb. B.Hacıyev dostlarından Samirlə görüşmək üçün ayrılıb. Samirlə B.Hacıyev sinif yoldaşı olublar.
V.Əzizov bundan sonra baş verənləri belə danışır: “Bəhruz Samirlə  görüşməyə getdi. Görüşəndə Samir Bəhruzun qolunu burdu. Başqa bir maşın gəldi. İçində mülki geyimli polislər də var idi. Dilqəmi buraxdılar. Samir dedi ki, məni də tutsunlar. İkimizi bir maşına mindirdilər. Samir də öz maşını ilə şöbəyə gəldi. Məni şöbənin 1-ci mərtəbəsinə, Bəhruzu da 3-ci mərtəbəyə apardılar. Başımı aşağı əymişdilər. Heç nə görmürdüm. Üstümüzü yoxladılar, siqaret və puldan başqa heç nə yox idi. Bir az keçmişdi ki, səs-küy düşdü. Soruşdum ki, nə olub? Dedilər ki, Bəhruz özünü pəncərədən atıb. Mən inanmadım. Dedim ki, o, özünü ata bilməz”.
V.Əzizov Bəhruzun təxminən 10 dəqiqə sonra pəncərədən atıldığını deyir.
Polis şöbəsində Bəhruz və Vaqifi narkotik istifadəçisi olub-olmaması barədə sorğu-sual ediblər. Vaqifdən analiz də anılıb. Məlum olub ki, o, narkotik istifadəçisi deyil.
V.Əzizov avqustun 20-də Bəhruz Hacıyevin ölümündən sonra kənd sakinlərinin polis şöbəsinin qarışına yığışmalarından sonra buraxılıb. Ancaq V.Əzizov avqustun 21-də yenidən şəhər prokurorluğuna çağırılıb. O, yenidən eyni ittihamlarla bağlı ifadə verib.
B.Hacıyevin atası Dilsuz Hacıyev də musavat.com-a açıqlama verib. Oğlunun öldürüldüyünü deyən D.Hacıyev günahkarların cəzalandırılmamasından narazıdır. Oğlunun günahsız yerə polis şöbəsinə aparıldığını və orada öldürüldüyünü deyən Dilsuz Hacıyev oğlunun ölümündən sonra morqa aparılmasının, yarılmasının da qanunsuzluq olduğunu bildirdi.
“Oğlumu elektroşokla öldürüblər. Bütün bədəni qaralmışdı. Elektroşokdan ürəyi dayanıb. Öləndən sonra da ya pəncərdən atıblar, ya da gətirib, binanın qabağına qoyublar ki, guya özünü pəncərədən atıb” – deyə B.Hacıyevin atası bildirdi.
D.Hacıyev oğlunu polis bölməsinə aparan şəxslərin, eləcə də Samirin həbs edilməsini tələb edir. O, oğlunun həmin polislər tərəfindən şərləndiyini və sonradan polis bölməsinə aparılaraq, öldürüldüyünü deyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam