Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bəhruz Hacıyevi şöbəyə gətirən polislərin də izahatı alınıb"

"Prokurorluğun müstəntiqi və polis şöbəsinin baş leytenantına müxtəlif bədən xəsarətləri yetirilməsi ilə bağlı da cinayət işi başlanılıb"

 

Mingəçevirdə narkotik vasitələrin istifadəsinə və satışına görə şübhəli şəxs qismində saxlanılaraq dindirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinə aparılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun ölümü ilə bağlı araşdırmalar davam etdirilir.

 

 

"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib.

 

 

C. Məmmədov bildirib ki, hadisə ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb və barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır : "O, dindirilmə zamanı vətəndaşı nəzarətsiz buraxaraq hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib və intihar hadisəsi baş verib. Ona görə də Şahlar Şahlarzadə həbs edilib. Həmçinin, Bəhruz Hacıyevi saxlayaraq polis şöbəsinə gətirən 3 polis əməkdaşının izahatı alınıb, araşdırma davam etdirilir”.

 

 

Mingəçevir şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov isə bildirib ki, prokurorluğun müstəntiqi Rəşadət Orucov morqda meyiti müayinə edərkən mərhumun yaxınları tərəfindən döyülüb: " Həmçinin, polis şöbəsinin baş leytenantı Ramin Abakarova da hücum edərək ona müxtəlif bədən xəsarətləri yetiriblər. Hər iki faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) cinayət işi açılıb, araşdırma aparılır".

 

Polis rəisinin bildirdiyinə görə, B. Hacıyevin dəfn mərasimindən sonra bir qrup şəxs şəhərin mərkəzi küçəsinə toplaşaraq yürüş etməyə cəhd edib: "Onlar polis əməkdaşlarına daş və digər əşyalar ataraq xəsarət yetiriblər. Hadisə zamanı daha 9 polis əməkdaşı xəsarət alıb. Ümumilikdə bu hadisələrlə bağlı 20-ə yaxın vətəndaş saxlanılıb. Onlardan 10 nəfərin işi prokurorluğa təqdim olunub, qalanları isə məhkəmə qərarı ilə inzibati qaydada cərimələniblər. Saxlanılanların bir çoxu əvvəllər müxtəlif cinayət hadisələrinə görə məhkum olunanlardı. Onların arasında narkotik vasitə istifadəsinə və satışına görə həbs edilənlər üstünlük təşkil edir. Hadisə zamanı polis şöbəsinin bir avtomobili də yararsız hala salınıb”.

 

Polis rəisi ona da qeyd edib ki, B. Hacıyevin əvvəllər məhkumluğu olmayıb.

 

       Hazırda şəhərdə tam sakitlik olduğunu deyən Ə. Bədəlov saxlanılan şəxslərin şöbədə döyülməsi barədə yazılanların həqiqəti əks etdirmədiyini bildirib. O, mərhumun atası Dilsuz Hacıyevlə 8 dəfə görüşdüyünü və onun bütün tələblərinə əməl edildiyini deyib: " Onun istəyinə uyğun olaraq ekspert dəyişdirilib və başqa yerdən gətirilib. Saxlanılan şəxslərin yaxınlarını da qəbul edərək dinləmişik. Biz dəfn mərasimindən əvvəl və sonra qarşıdurmanın yaranmaması üçün mərhumun yaxınları ilə görüşdük”.

 

     Polis rəisi bildirib ki, Mingəçevirdə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına görə polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri bundan sonra da davam etdiriləcək.

 

Ə. Bədəlov Mingəçevirdə narkomaniya hallarının artması ilə bağlı narahatlığını bildirərək qeyd edib ki, bunun qarşısını almaq üçün polis-vətəndaş münasibətləri sıx olmalıdır. O, bu ilin 8 ayı ərzində Mingəçevirdə narkotik vasitələrlə bağlı 25 cinayət faktının qeydə alındığını bildirib. “Əvvəllər şəhərin parklarında, binaların giriş hissəsində narkomanların istifadə etdikləri əşyalara rast gəlinirdi. Bu da valideynləri, ziyalıları, gəncləri narahat edirdi. Hazırda Mingəçevirdə belə hallar yoxdu”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam