Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ramiz Mehdiyevdən əzələ nümayişi

 

Hakimiyyət daxilində deputatlıq savaşı açıq müstəviyə keçir

"Xeberinfo.com":   Hakim Yeni Azərbaycan Partiyasında (YAP) qarşıdan gələn parlament seçkilərilə bağlı gərginlik açıq müstəviyə keçib. Artıq YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuat vasitəsilə partiyadaşlarına xəbərdarlıq edib. O, trend-ə açıqlamasında bildirib ki, siyahıdan kənar namizədliyini irəli sürən YAP-çıya partiya dəstək verməyəcək.

“Bir siyasi partiyada bir əqidə ətrafında birləşən insanlar partiyanın nizamnaməsinə hörmətlə yanaşmalıdırlar və partiyanın qərarlarının əleyhinə getməməlidirlər. Əgər kimsə bu addımı atacaqsa, o, partiya adından deyil, fərdi qaydada namizədliyini irəli sürə bilər. Amma həmin namizəd partiyadan heç bir dəstək ala bilməz”, - deyə YAP-çı deputat vurğulayıb.

Siyavuş Novruzovun bu xəbərdarlığı təsadüfi deyil. Çünki YAP-da deputat olmağa iddialı çoxdur və elə bu səbəbdəndir ki, partiyada gərginlik yaranıb. Hətta bəzi YAP-çılar partiyanın qərarını gözləmədən namizədliyini irəli sürəcəklərini bildiriblər. Məsələn, Arif Rəhimzadə mətbuata açıqlamasında parlament seçkilərinə qatılacağını bildirib. Halbuki hələ partiyanın namizədlərlə bağlı siyahısı açıqlanmayıb və bəlli deyil ki, YAP Arif Rəhimzadəyə “stavka” edəcək ya yox. Arif Rəhimzadə kimi YAP-çılar çoxdur. Siyavuş Novruzovun da mesajı onlaradır.

Bu arada Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin “Ikili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb. AzərTAc xəbər verir ki,  Ramiz Mehdiyev kitabda Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. “Akademik Ramiz Mehdiyev bu kitabında da geniş elmi axtarışlara söykənərək Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərib. Aydın şəkildə diqqətə çatdırılır ki, Azərbaycan hakimiyyəti hadisələrin qiymətləndirilməsi və beynəlxalq problemlərin həllində ayrı-ayrı fövqəldövlətlərin maraqları baxımından deyil, beynəlxalq hüququn normaları və ölkənin milli maraqlarından çıxış edir”,- deyə xəbərdə bildirilir. Kitabda Ramiz Mehdiyevin “Ilham Əliyev yeni əsrin yeni lideridir”, “Azərbaycan yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindədir və buna hazırdır, dövlətlərarası münasibətlərin başqa formaları onun üçün qəbuledilməzdir” sərlövhəli müsahibələrini və “Ikili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsi yer alıb.
Ramiz Mehdiyevin bu kitabı əslində onun birinci şəxsə xidmətlərinin xatırladılması məqsədi daşıyır. Kitabın seçki ərəfəsində işıq üzü görməsi də təsadüfi sayılmır. Ramiz Mehdiyev indik gərgin vəziyyətdə öz xidmətlərilə Ilham Əliyevin yaddaşını təzələməklə seçki savaşında üstünlüyü ələ almaq istəyir. Bununla o həm də rəqiblərinə əzələ nümayiş etdirir.
Azadlıq.info

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam