Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nazirlikdən ölən jurnalisti əməliyyat edən həkimlə bağlı açıqlama

 

Səhiyyə Nazirliyi (SN) Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyevin bundan əvvəl də bir neçə xəstənin ölümünə səbəb olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

"Xeberinfo.com":   Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu günə kimi həkim Saday Əliyevlə bağlı quruma heç bir şikayət daxil olmayıb: “Həkimlə bağlı müzakirə və ya araşdırma konkret fakt və şikayət olarsa aparılır”.
Nazirlik R.Əliyevin ölüm işi ilə bağlı professor Saday Əliyevin işdən uzaqlaşdırılacağı barədə iddialara da münasibət bildirib: “Yalnız araşdırmaların nəticələri müəyyənləşdirildikdən sonra həkimin işindən kənarlaşdırılması barədə qərar verilə bilər”.
Xatırladaq ki, R.Əliyevin ölüm işi ilə bağlı futbolçu Cavid Hüseynov da daxil olmaqla, onun bibisi oğlu Elşən İsmayılov və Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, eləcə də Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam