Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirlik 847 nəfəri işdən çıxarıb

 

Rabitə və Yüksək Texnologiyaları Nazirliyi (RYTN) üzrə 2015-ci ilin 6 ayı ərzində 90 yeni iş yeri açılıb və orta aylıq əməkhaqqı 385,7 manat təşkil edib.

"Xeberinfo.com":   RYTN-dən Modern.az-a verilən məlumata görə, ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı 752.7 manat, o cümlədən telekommunikasiya sektorunda 849.0 manat, poçt sektorunda isə 249.9 manat təşkil edir. 

Hesabat dövründə sektora 158.3 milyon manat, o cümlədən  RYTN-in tabeli müəssisələri tərəfindən 48 milyon manat investisiya yatırılıb. Sektor üzrə investisiya ölkə iqtisadiyyatına qoyulan investisiyanın 2%-ni təşkil edir və ötən ilin 6 ayı ilə müqayisədə investisiyanın həcmi 2.5 dəfə çoxdur.

2015-ci ilin  6 ayında rabitə birlik və müəssisələrində 704 nəfər işə qəbul edilib, 847 nəfər işdən azad olunub. İşdən azad olunanlardan 719 nəfəri öz ərizəsinə əsasən, 128 nəfər isə Əmək Məcəlləsinin digər maddələrinə əsasən azad olunmuşlar.

İxtisasartırma kurslarında 3201 nəfər iştirak edib ki, onlardan 2498-i istehsalatdan ayrılmadan, 703 nəfəri isə istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarında olublar.

Hesabat dövrü ərzində 3 nəfərə “Rabitə ustası”,  8 nəfərə “Fəxri  Fərman”, 24 nəfərə “Əmək veteranı”, 1 nəfərə “Fədakar rabitəçi” adları, 1 nəfərə “Tərəqqi” medalı, 1 nəfərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.

2015-ci ilin I yarımilliyində vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 ədəd azalaraq 1133 ədəd (bundan  189-utelefon çəkilişi, 109-u maddi yardım verilməsi, 106-ı işlə təmin olunma, 98-i telefonun işləməməsi, 51-i qəbula gəlmək və s.), ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 ədəd azalaraq 272 ədəd təşkil edib.

Eyni zamanda, hesabat dövründə əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, cənab Nazir respublikanın 5 bölgəsində ətraf rayonları da əhatə etməklə vətəndaşlarla görüş keçirib və bu görüşlərdə 57 vətəndaş qəbul olunub. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunmuş, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün Nazirliyin müvafiq strukturlarına tapşrıqlar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam