Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Fikrimcə, heç bir tərəf müharibə istəmir” - Amerikalı həmsədr

 

“Fikrimcə, həm Azərbaycan prezidenti, həm də Ermənistan prezidenti ümumiyyətlə müharibə istəmir və hər iki tərəf münaqişənin sülh yolu ilə həll olunmasına dair öz öhdəliyinə sadiqliyini və bağlılığını artıq nümayiş etdirib”.
"Xeberinfo.com":   APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik jurnalistin əsir və girovların azad edilməsi kimi kiçik bir məsələdə heç bir güzəştə getməyən Ermənistanın Dağlıq Qarabağ probleminin həllində hansısa güzəştə gedəcəyinin nə dərəcədə real olduğu barədə sualını cavablandırarkən deyib.
“Sualınız vacib bir məqama toxunur. Bu məqam ondan ibarətdir ki, tərəflər arasında tam etimad yoxdur. Etimad bilavasitə danışıqların zəminini təşkil etməlidir. Tərəflər arasında etimadın yaradılması və möhkəmləndirilməsi üçün kiçik addımlar çox böyük rol oynayır. Mühüm olan bu kimi kiçik addımları atmaq çox vacibdir. Bu kimi addımlara misal olaraq Azərbaycan tərəfinin erməni atletlərinin Bakıda təşkil olunan I Avropa Oyunlarına dəvət olunmasını göstərə bilərik. Biz Ermənistan atletlərinin Azərbaycana gəlməsinin və yarışlara qatılmasının şahidi olduq. Bu kimi kiçik addımlar tərəflər arasında etimadın yaradılması və möhkəmləndirilməsi üçün çox mühümdür”, – deyə o bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam