Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Aİ-nin üzv ölkələri Azərbaycanın əsas investorlarıdır”

 

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında ölkə və Avropa İttifaqı (Aİ) arasında iqtisadi əlaqələrə toxunub.
"Xeberinfo.com":  Trend-in məlumatına görə, İlham Əliyev bildirib ki, çox şadıq ki, Avropa əsas ticarət tərəfdaşımızdır: “Azərbaycanın xarici ticarətinin təqribən yarısı Avropa İttifaqının üzv ölkələrinin payına düşür”.
Prezidentin sözlərinə görə, Aİ-nin üzv ölkələri Azərbaycanın əsas investorlarıdır: “Ölkəyə investisiyaların təqribən 50 faizi Avropa İttifaqından gəlir. İqtisadi əməkdaşlığın və iqtisadi fəaliyyətin digər formalarının inkişafı üçün yaxşı potensial mövcuddur”.
Dövlət başçısı qeyd edib ki, mümkün əməkdaşlığın elementlərindən biri nəqliyyat sahəsidir: “Biz hazırda qonşularımızla birlikdə Azərbaycan, Gürcüstan, Türkiyəni və bununla da Avropa ilə Asiyanı birləşdirən yolun tikintisinin başa çatdırılması mərhələsindəyik”.
İlham Əliyev bəyan edib ki, bu, Avropa və Asiya arasında qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək yeni İpək yolu olacaq.
Prezident sonra vurğulayıb ki, Azərbaycan bu layihədə vacib tranzit rolunu oynayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam