Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Parlamentin iclaslarında iştirak etməyən deputatların maaşları kəsiləcək

 

Gürcüstan parlamentinin iclaslarında üzrsüz səbəblərdən iştirak etməyən deputatların əmək haqları kəsiləcək.

 

"Xeberinfo.com":   Məlumata görə, bununla əlaqədar parlamentin prosedur məsələləri və hüquq komitəsi yeni qanun layihəsi hazırlayıb. Yeni dəyişikliklərə əsasən, deputatlar “ailə vəziyyətinə görə” iclaslardan artıq yayına bilməyəcəklər.

 

Deputatların iclaslarda iştirak etməmələri yalnız qanuni ezamiyyət və ya xəstəliklə əlaqədar olduqda üzrlü sayılacaq. Xəstəlik səbəbindən iclasa gəlməyən deputat, bununla əlaqədar parlament rəhbərliyinə müvafiq sənəd təqdim etməlidir. Deputatlar üzrsüz səbəbdən iştirak etmədikləri hər iclasa görə əmək haqqının 10 faizini itirəcək.

 

Qanunverici orqanın sədri David Usupaşvili bu il iclaslara ən çox gəlməyən 10 deputatın adlarını açıqlayıb. Siyahıya eks-prezident Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının deputatları başçılıq edirlər. İclaslara gəlməyən deputatlar arasında bitərəflər ikinci yerdədirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam