Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycanlı milyonçunun İstanbuldakı villası söküləcək

 

Rza Zərrab Osmanlı dövründən qalan tarixi əsərləri icazəsiz olaraq dəyişdirməkdə ittiham edilir

"Xeberinfo.com":  Azərbaycanlı iş adamı Rıza Zərrabın evi söküləcək. ANS PRESS-in məlumatına görə, onun İstanbul boğazındakı, Kanlıca səmtindəki tarixi mülki söküləcək. Daha doğrusu mülkə artırdığı mərtəbə və lift. Tarixi binanın əvvəlki görüntüsü bərpa ediləcək.
Rıza Zərrab evləri 2011-ci ildə alıb. O, bu evlərdən birini müğənni olan həyat yoldaşı Ebru Gündəşə ad günü hədiyyəsi edib.
O, 3 mərtəbəli binalardan birini təmirlə dəyişib. Belə ki, binaya daha bir mərtəbə artırılıb, iki binanı birləşdirmək üçün isə lift yerləşdirilib. Onların rəngi dəyişdirilib, taxtadan olan sürahilər sökülüb. Mülklərin qarşısında elektriklə açılıb bağlanan liman yerləşdirilib. Nəticədə bu evlər müasir görünüş əldə ediblər.
Bu binalar Osmanlı imperiyası dövründə inşa edilib. 1970-ci ildə ikinci dərəcəli tarixi əsər kimi sənədləşdirilib.
Rıza Zərrabın Kanlıcadakı evləri. Solda tərmidən əvvəlki orijinal forma, sağda 4-cü mərtəbə və lift artırılmış forma
Binanın formasının dəyişdirildiyini görənlər iş adamı haqqında şikayət ediblər. Evlərin layihəsinin dəyişdirilməsi məsələsi müzakirə edilərkən buna kimin və necə icazə verdiyi əsas mübahisə mövzusu olub. Məlum olub ki, evlərin təmiri üçün müraciət edilən zaman sənədlərdə əlavə mərtəbə və liftin quraşdırılması göstərilməyib. Məhz buna görə də sənədlərdə göstərilməyən dəyişikliklərin ləğv edilməsi və Rıza Zərrab haqqında məhkəməyə şikayət edilməsi qərara alınıb.
İndi Zərrab ailəsini tarixi saxtalaşdırdığı üçün 5 ilə qədər həbs cəzası gözləyə bilər.
İş adamı 2013-cü ildə Türkiyədə keçirilən böyük rüşvət əməliyyatı çərçivəsində həbs edilmişdi. O, bir neçə ay həbsdə qalıb.13

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam