Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycan separatçılığa qarşı qəti mövqe nümayiş etdirir”

 

Litvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün bir sıra görüşlər keçirib.

"Xeberinfo.com":   Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Litva Hərbi Məktəbini ziyarət edən nazir təhsil müəssisəsi ilə tanışlıqdan sonra keçirilən görüşdə ölkələrimizin hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıb.
Sonra Z. Həsənov NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub. Müdafiə nazirinə mərkəzin təyinatı, məqsədi, fəaliyyəti, enerji təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.
Müdafiə naziri Azərbaycanın NATO-nun fəal tərəfdaşlarından biri olduğunu bildirərək, Litva Silahlı Qüvvələrində həyata keçirilən islahatların təcrübə baxımdan əhəmiyyətini, beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkəmizin hər zaman terrora və separatçılığa qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
Hər iki görüşdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi mövzusu müzakirə edilərək, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam