Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"15 milyon il sonra Ayla yer üz-üzə dayanacaq,bir sutka indikindən 9 dəfə çox olacaq"

 

İyunun sonuncu günü dünya saatına 1 saniyə əlavə olunacaq. Belə ki, həmin gün  saat 23:59:59-da dünya saatına 1 saniyə əlavə olunacaq.

 

"Xeberinfo.com":   Bu qərar dünyanın öz oxu ətrafında fırlanma sürətinin azaldığını iddia edən astronomiya mütəxəssislərinin tələbi ilə verilib. İyunun 30-dan iyulun 1-ə keçən gecə 23:59:59-da saniyə əqrəbi 2 dəfə çıqqıldayacaq. Beləcə, dünya saatına 1 saniyə əlavə edilmiş olacaq.
 

Lakin dünya saatlarına edilən 1 saniyəlik əlavə informasiya texnologiyaları mütəxəssislərini qorxuya salıb. Onlar hesab edir ki, bu əlavə bir çox texniki sistemin çökməsinə səbəb ola bilər. Çünki,23:59:59-da saatların 2 dəfə çıqqıldamasını çox sayda kompüter səhv kimi qəbul edəcək. Bu da bir çox sistemin dayanması ilə nəticələnə bilər.

 

Bəs saata bir saniyənin əlavə olunmasını insanlar necə hiss edəcək? Bu əlavə Yerdə hansı dəyişikliklərə səbəb olacaq?

Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətayi Publika.az-a açıqlamasında dünyanı qorxuya salan bu əlavənin səbəbini izah etdi.

Onun sözlərinə görə,  planetlərin hərəkəti zamanı belə proses hər zaman müşahidə olunub.

“Panetlərlə Yerin qarşılıqlı təsirindən yerin hərəkətinin tormozlanması prosesi gedir. Həm də əsas tormozlanma Ayın yerdən uzaqlaşması ilə bağlıdır. Çünki bu zaman bir istiqamətli artım gedir. Yer səthindəki küləklər və atmosferdə baş verən digər proseslər də buna təsir edir.  Lakin onların təsiri çox da hiss edilmir. Ümumilikdə, bu proses nəticəsində bəzən 61-ci saniyə olur. Bir sutka 86 min 400 saniyədir, bir neçə ildən bir toplanaraq bir saniyə artıqlıq təşkil edir. Bu əsas astronomik saatla fərq yaradır. Astronomik saatlar atom saatları ilə müqayisə olunur. Çünki bizdən asılı olmayan yeganə saat səma cisimlərinin hərəkətinə uyğun işləyən astronomik saatdır”.

 

Ə.Ətayi bu əlavənin insanların həyatına ciddi təsiri olmayacağını deyib:

“Bu proses hər zaman ildə bir dəfə  baş verir. 1972-ci ildə iki dəfə ilin ortasında, sonunda baş verib. Əksər illərdə isə bu proses ilin sonunda baş verir. Bu dəyişikliyi heç kim hiss etmir. Dünya yaranandan bu proses gedir. Sadəcə əvvəl atom saatlarında dəqiqlik az olduğuna görə, yüz ildə bir dəfə 1-2 saniyə düzəliş edirdilər. İndi bu saatlar daha dəqiqdir və səma saatları ilə bunu dəqiqləşdirmək mümkündür. Bu baxımdan sürüşməni daimi müşahidə etmək mümkün olur. ABŞ alimlərinin fikrinə görə, bu sürüşmə nəticəsində ilin uzunluğu da artır. Min il ərzində bu 12 saniyə fərq yaradır. Hazırkı durumda bu dəyişiklik ciddi təsir göstərmir, lakin milyon illər sonra bunun nəticəsini hiss edəcəyik. Belə ki, 15 milyon il sonra Ayla yer üz-üzə dayanacaq,  bir sutka indikindən 9 dəfə çox olacaq. Bu zamanla müşahidə olunacaq prosesdir, yəqin həmin vaxtda insanların bioloji saatı buna uyğun olacaq. Sutkanın uzunluğu Ayın Yerdən uzaqlaşmasına uyğun dəyişir. Ay Yerdən yenicə aralandığı vaxtlarda bir sutka 6 saat olub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam