Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nazirlik Avropa Oyunlarına görə yeni poçt şöbəsi açdı

 

Yarışlar keçirilən idman arenalarında səyyar poçt xidmətləri göstərilir. 


"Xeberinfo.com":   Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən publika-a verilən məlumata görə, nazirlik ölkəmizdə keçirilən  "Bakı-2015" Avropa Oyunlarının informasiya və telekommunikasiya xidmətləri ilə fasiləsiz təmin olunması üçün tədbirlər həyata keçirir.

 

Hazırda Atletlər kəndində bütün otaqların fasiləsiz və keyfiyyətli internet və televiziya xidmətləri ilə təmin edilməsi ilə yanaşı, idmançıların  poçt xidmətlərindən istifadəsi üçün müasir tələblərə cavab verən poçt şöbəsi fəaliyyətdədir.
 
 

Burada şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətlərindən istifadə üçün müasir taksofon aparatları da qurulub.



“Azərpoçt” MMC  tərəfindən avarçəkmə yarışlarının keçirildiyi Mingəçevirdəki “Kür İdman Mərkəzi”ndə də yeni ən müasir poçt şöbəsi istifadəyə verib. Poçt şöbəsində idmançılara bütün poçt xidmətləri göstərilməsinə imkan var. Şöbə müasir avadanlıq və mebellərlə təmin edilib.


 
Qeyd edək ki, hal-hazırda əvvəlcədən təsdiqlənən qrafikə uyğun olaraq bütün idman arenalarında  "Azərpoçt"MMC-yə məxsus mobil avtomobillər vasitəsilə səyyar poçt xidmətləri göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam