Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BMT-nin baş katibi ilə ATƏT sədri arasında Qarabağ söhbəti

 

BMT-nin baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin birinci müavini və xarici işlər naziri İvitse Daçiç ilə görüşüb.

"Xeberinfo.com":  AzərTAc-ın verdiyi məlumata görə, BMT-nin və ATƏT-in rəhbərləri bu iki təşkilat arasında əməkdaşlıq, habelə Ukrayna, Dağlıq Qarabağ və Balkanlarda vəziyyət məsələlərini müzakirə ediblər. BMT-nin baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT ilə ATƏT arasında tərəfdaşlığı möhkəmlətməyə hazır olduğunu bildirib.

Fevralın 24-də İvitsa Daçiç BMT Təhlükəsizlik Şurasında çıxış edəcək. O, Serbiyanın ATƏT-də sədrliyi dövründə prioritet məsələlər haqqında informasiya təqdim edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam