Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cahangir Hacıyev və Dünyamin Xəlilova qarşı aksiya

 

Adı maliyyə fırıldağında hallanan və həbs xəbəri yayılan sabiq deputat Dünyamin Xəlilovun ticarət mərkəzində (“Globus Plaza”) işçilər etiraz aksiyasına hazırlaşırlar. 

"Xeberinfo.com":  AzNews.az xəbər verir ki, buna səbəb 3 aydan çoxdur ki, əmək haqlarının verilməməsidir. Ticarət mərkəzindəki məşhur “Harvey Nichols” mağazasının işçilərinin vəziyyəti daha ağırdır. Onlara hər gün maaşlarının veriləcəyi bildirilsə də, sonradan müxtəlif bəhanələr gətirilir. “Açıq aydın görünür ki, bizi aldadırlar. Heç olmasa gündəlik alver pulunu bizə maaş kimi versəydilər, indi heç kimə borclu qalmazdılar. Ticarət mərkəzində Hər gün 50-80 min manat arası satış olur. Bizdə hər sabah iclas olur, onda nə qədər satış olduğunu açıqlayırlar. Bu rəqəmin qarşısında maaşlarımızı vermirlər. Dedilər ki, endirim edirlər ki, satışdan gələn gəlirlə əmək haqları ödənilsin. Amma yenə də vermirlər” – deyə işçilər bildirib.
Bundan əlavə, iki həftədən çoxdur ki, plazanın işçilərinə nahar verilməsi də dayandırılıb. Naharın kəsilməsinə səbəb kimi isə maliyyənin olmaması göstərilir: “Halbuki biz müqavilə imzalayanda hər gün naharla təmin ediləcəyimiz deyilmişdi. Onlar bununla da bizim müqavilə şərtlərini kobud şəkildə pozurlar”. AzNews.az-a daxil olan digər məlumata görə, bu gün ticarət mərkəzinin mühafizə xidmətinin işçiləri kütləvi şəkildə işdən çıxarıla bilər.
Xatırladaq ki, “Harvey Nichols” brend mağazası Cahangir Hacıyevə məxsusdur. Bir neçə gün əvvəl “Harvey Nichols” şirkəti adına xələl gətirdiyi üçün Cahangir Hacıyevi 25 milyon dollar cərimə etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam