Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Hacı İbrahimi və Nizami Piriyevi 12 ilədək həbs gözləyir"

 

“Azərbaycandakı həbs dalğasında maliyyə fırıldaqçılığı ilə ittiham olunan iş adamlarını 12 ilədək həbs cəzası gözləyir”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu Aznews.az-a hüquqşünas Müzəffər Baxışov deyib. O iqtisadi sahədə bu qəbildən olan cinayətlər üçün nəzərdə tutulan cəzalardan danışıb: “178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi mahiyyətinə görə dələduzluq, yəni aldatma və etibardan sui-istifadə etmək yolu ilə başqasının əmlakını və ya əmlak hüquqlarını əldə etmədir. Bu maddə ilə ittiham olunan şəxslərə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma ola bilər ki, istintaq zamanı həmin şəxslərə digər maddələrlə də ittiham verilsin. Məhkəmədə hökm çıxarılan zaman əlavə maddələrlə verilən ittihamlarda azadlıqdan məhrumetmə cəzası olsa, barəsində cinayət açılan şəxs cəzaların tam və ya qismən toplanması ilə 20 ilədək azadlıqdan məhrum edilə bilər.
MuzefferAmma əvvəlcə həmin şəxsin o cinayəti 2014-cü ilin aprel ayından əvvəl törətməsi ilə bağlı sübutlar olmalıdır. Çünki bu barədə dəyişiklik cinayət məcəlləsinə sözügedən tarixdə edilib. Yox əgər cinayəti məcəllədəki dəyişikliklərdən əvvəl törədibsə, onda maliyyə fırıldaqçılığında ittiham olunan şəxsləri ən yüksək həddə 12 ilədək həbs gözləyir”.
Hüquqşünas həbs olunmuş şəxsləri borclarını qaytaracağı təqdirdə hansı tale gözlədiyi ilə bağlı məqama da aydınlıq gətirib: “Borcları qaytardıqları təqdirdə onlar barəsində açılmış cinayət işinə xitam verilə və şərti cəza ala bilərlər. Amma cinayət işinin icrasına xitam verilməsə, saxlanılan şəxslər həmin ittihamlarla məhkəməyə göndərilsələr, dediyim cəzaları alacaqlar. Bu artıq məhkəmənin qərarından asılıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam