Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropa Yay Oyunlarından sonra bir neçə nazir və onlarla icra başçısı postlarını itirəcək

 

Son dövrlər Azərbaycan hakimiyyəti ilə Qərb dövlətləri arasında yaşanan gərginlik pik həddə çatıb. Telekanalların ABŞ-a qarşı geniş kampaniya başlatması, rəsmi Bakının açıq şəkildə «Vaşinqton Bakıda inqilab etmək istəyir» bəyanatını verməsi isə durumun daha da ağır olmasından xəbər verir. 

"Xeberinfo.com":  JAM.AZ xəbər verir ki, hakimiyyət dairələrinin «təzyiqlər elə bir həddə çatıb ki, onu ifadə etmək çətindir» ifadəsini dilə gətirmələri artıq işlərin cığırından çıxa biləcəyinə də işarə kimi qəbul edilir. Və vəziyyəti nəzarət altına almaq, prosesləri sakitləşdirmək, cəmiyyətdə xeyli müddətdir formalaşmış etimadsızlığı aradan qaldırmaq üçün zəruri addımların atılması da şərtə çevrilib. Elə buna görədir ki, hakimiyyətin kadr dəyişikliyinə gedəcəyinə dair məlumatlar intensivləşməyə başlayıb. 

Verilən məlumata görə, Bakıda keçiriləcək Birinci Avropa Yay Oyunlarından sonra kadr dəyişikliyinə start veriləcək. JAM.AZ-a etibarlı mənbələrdən daxil olan bilgilərdə qeyd edilir ki, həmin kadr dəyişikliyi təkcə əyalət məmurlarını deyil, elə nazirləri də əhatə edəcək. İddia olunur ki, Avropa Yay Oyunlarından sonra bir neçə nazir postunu itirəcək. Həmin nazirlərin kimliyi yuxarı dairələrdə qətiləşsə də, bu barədə açıqlama verilmir. Amma nazirlərlə paralel, onların yerlərdəki məmurları, yəni icra başçılarının da «vurulması»na start veriləcəyi şübhəsizdir. 

Niyə məhz olipiadadan sonra? Bu ərəfədə hakimiyyət kadr dəyişikliyinə getməklə şübhələri artıra biləcəyini düşünür. Məlumatlarda vurğulanır ki, rəsmi dairələr ən optimal variant olaraq Yay Oyunlarından sonrakı dövrü götürüblər. Həmçinin bu təkcə şübhələri deyil, həmçinin işdən çıxarılacaq məmurların narazılığını önləmək üçün də geniş imkanlarının olacağı planına əsaslanır 

Bu sıraya əsasən rayonlarda əhali arasında narazılıq yaradan və idarəçiliyi ilə hakimiyyətə daha çox zərər vuran icra başçıları daxil edilib. JAM.AZ-ın məlumatına görə, belə icra başçılarının ümumi sayı onlarla olacaq. Hətta onların arasında yeni təyinat almışların da var olduğu deyilir. 

Mənbə qeyd edir ki, hakimiyyətin gözlənilmədən belə bir addım atmasının bir səbəbi də yerli kadrlarına güvənsizliyidir. Belə ki, ABŞ-la toqquşduğu bir vaxtda istər yerli, istərsə də nazir səviyyəsində «xəyanət»in ola biləcəyi məsələsi gündəmə gəlib. Düzdür, rəsmi qurumlarda ABŞ-ın və ya bir başqa siyasi qüvvənin tərəfinə keçmiş məmurların haqqında bilginin olmadığı deyilir. Amma ehtimallar var ki, proseslər qarışa biləcəyi təqdirdə, xüsusən də icra başçılarının buraxacağı səhvlər ölkədə inqilabi prosesiləri yetişdirə və ya sürətləndirə bilər. Ona görə də, həmin şəxsləri daha etibarlı kadrlarla əvəzləmək məsələsi vacibə çevirilib. 

Mövzu ilə bağlı araşdırmamız davam edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam