Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İranla razılaşma müqaviləyə çevrilməyəcək”

 

ABŞ senatı İranla nüvə proqramı üzrə hazırlanmaqda olan razılaşmanın beynəlxalq sənəd statusu almasını təmin edəcək düzəlişi rədd edib.
"Xeberinfo.com":  Düzəliş qəbul olunacağı təqdirdə İranla razılaşma səslərin üçdə ikisi ilə ratifikasiya edilməli idi.
Səsvermə gedişində 57 senator düzəlişə qarşı çıxış edib.
Konqresin Tehranla razılaşmanı nəzərdən keçirməsi qaydasını təmin edən qanun layihəsinin hazırlanması işi ilə respublikaçı Robert Corker məşğul olur.
Corkerin həmkarları düzəlişi ləğv etməkdən əlavə qanun layihəsinə daha bir sıra dəyişikliklər edilməsini təklif ediblər. Bura xüsusilə İrandan İsraili müstəqil dövlət kimi tanımağı tələb etmək daxildir. Ağ Ev vurğulayır ki, Tehranla razılaşma müstəsna olaraq İranın nüvə dosyesinə aiddir.
Beynəlxalq vasitəçilərin “Altılığı” beynəlxalq sanksiyaların arada qaldırılması müqabilində İranın nüvə proqramının sülh xarakterli olacağına təminat əldə etmək məqsədilə Tehranla danışıqları davam etdirir. /BBC


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam