Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirlik 6 müəssisənin fəaliyyətini dayandırıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar ötən ay Azərbaycanda elan olunmuş  “Təhlükəsiz iş aylığı”nın yekunlarına dair mətbuat konfransı keçirib.

"Xeberinfo.com":  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Tia.az-a verilən məlumata görə, aylıq çərçivəsində konkret Tədbirlər Planı əsasında aparılan işləri diqqətə çatdıran F. Əlizadə bildirib ki, bu dövrdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran, Şəki, Quba, Bərdə, İmişli, Qazax rayonlarında yerləşən 12 iri müəssisənin işəgötürənləri və əmək kollektivləri ilə görüşlər keçirilib.
 
Həmin müəssisələrdə yaradılmış əmək şəraitlərinə baxış olub, onlara müvafiq hüquqi-praktik izahatlar verilib. Xidmət rəisi qeyd olunan dövrdə tikinti obyektlərində, eləcə də mişar, dekorativ və üzlük daşlarının istehsalı sahələrində (daş karxanalarında), yəni istehsalat qəzası riski yüksək olan iş sahələrində əmək şəraitinin təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə nəzarət tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb:
 
““Təhlükəsiz iş aylığı” çərçivəsində ümumilikdə 49 müəssisədə əməyin mühafizəsi vəziyyətinə nəzarət tədbiri həyata keçirilib. Onu da bildirim ki, hələ cari ilin əvvəllərində digər müəssisələr kimi, bu müəssisələrə də rəsmi məktubla müraciət olunaraq, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verilib, bu sahədə vəziyyətin araşdırılacağı bildirilib. Buna baxmayaraq, onlardan 28-də sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı hüquq pozuntuları aşkar edilib. Həmin hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə ümumilikdə 52 500 manat məbləğində cərimələr tətbiq olunub. Daha ciddi hüquq pozuntularının aşkar edildiyi və işçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran əmək şəraitinin mövcud olduğu, digər tərəfdən qeyri-leqal işçilərin işə cəlb olunduğu 6 müəssisədə (daş karxanasında) dövlət nəzarəti tədbirləri həyata keçirilib və bu müəssisələrdə işlər aşkar olunan nöqsanlar aradan qaldırılana qədər dayandırılıb”, - deyə F.Əlizadə bildirib.
 
Xidmət rəisi əlavə edib ki, mişar, dekorativ və üzlük daşlarının istehsalı ilə məşğul olan 18 müəssisədə (daş karxanasında) nöqsanların aradan qaldırılması yönündə artıq müəyyən işlər görülüb. Əvvəllərdə həmin müəssisələrdə işçilər üçün nəinki sanitar-gigiyenik şərait yox idi, hətta yemək və soyunub-geyinmə üçün otaqlar belə mövcud deyildi. Bu gün isə onlarda müvafiq işlər görülməklə, həmin dözülməz şərait aradan qaldırılıb, işçilər üçün zəruri otaqlar yaradılıb, onlar fərdi mühafizə vasitələri ilə təmin olunublar, istehsal qəzalarının qarşısının alınması üçün önləyici tədbirlər görülüb.
 
 “Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 40% azalaraq 33-ə, bu hadisələr nəticəsində xəsarət alanların sayı 49% azalaraq 25 nəfərə, ölənlərin sayı isə 50% azalaraq 8 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə qeydə alınıb, lakin bu ilin birinci rübündə belə hadisə baş verməyib”, - deyə xidmət rəisi bildirib.
 
O, istehsalatda baş verən bədbəxt hadisələrin səbəblərinin əsasən hündürlükdən yıxılma, sürüşmə (büdrəmə), zərbə nəticəsində və s. ilə bağlı olduğunu qeyd edib.
F.Əlizadə həyata keçirilən dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 3 327 hüquq pozuntusunun aşkar edildiyini nəzərə çatdırıb: ”Əmək qanunvericiliyinin daha çox özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında pozulduğu müəyyən edilib. Aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tətbiq olunmuş cərimələrin 50,07%-i (414 697 manat)  dövlət büdcəsinə ödənilib. Bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 901 manat və ya 10,05% çoxdur”.
 
Cari ilin ilk rübündə 1 758 vətəndaş müraciətinin araşdırıldığını da bildirən F.Əlizadə əlavə edib ki, bu müraciətlər araşdırılarkən vətəndaşların əmək hüquqlarının pozulması ilə bağlı aşkar edilən halların aradan qaldırılması üçün dərhal müvafiq tədbirlər görülüb: “Bu dövrdə Xidmət gecikdirilmiş 103 481 manat məbləğində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib ki, bu məbləğin 75 841 manatı (73,2%) əmək haqlarından, 5 440 manatı (5,2%) zərərə görə ödənclərdən, 22 200 manatı (21,4%) sosial müavinət və kompensasiyalardan ibarət olub. Həmçinin işdən qeyri-qanuni azad olunan 7 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib”.
 
Ötən ilin ortalarında istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən söz açan F.Əlizadə cari ilin 24 aprel tarixinə olan məlumata əsasən, bu sistemə 2 mln. 156 min əmək müqaviləsi bildirişinin daxil edildiyini bildirib. O həmin bildirişlərin 1,56 mln. ədədinin (72,4%) əmək müqaviləsinin bağlanması, 351 min ədədinin (16,3%) əmək müqaviləsinə dəyişikliyin edilməsi, 243,6 min ədədinin (11,3%) əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı olduğunu nəzərə çatdırıb: “Hazırda sistemdə aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1 257 251 ədəddir. Onların 661 216 ədədi kişi, 596 035 ədədi isə qadın işçilər üzrədir. Yaş qrupları üzrə onlardan 1 337 ədədi 15-18 yaş, 506 485 ədədi 25-40 yaş, 305 021 ədədi 53-65 yaş arasında olan, 24 768 ədədi 65 yaşdan yuxarı, 419 640 ədədi isə digər yaş qruplarında olan şəxsləri əhatə edir.
 
F.Əlizadə DƏMX tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə təşkil olunan əməyin mühafizəsi üzrə tədris kurslarından da söz açıb. O, bildirib ki, indiyədək müxtəlif müəssisələr üzrə artıq 349 nəfər mütəxəssis həmin kurslarda əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair təlim keçib və müvafiq sertifikatlar alıblar. Bu kurslarda əldə etdikləri bilik və təcrübə onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsinin təşkilinə müsbət təsir göstərir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam