Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neftin ucuzlaşması Azərbaycana təsirsiz ötüşməyəcək

 

ARDNŞ-də bu gün keçirilən mətbuat konfransında şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Şirkətin strukturlarında aparılan ixtisarlarla bağlı da açıqlama verib.
"Xeberinfo.com":  Məlumata görə,o bildirib ki, bəzi məmurlar işə öz tanışlarını götürürlər: “Biz bilirik ki, bəzi yerliidarəetmə orqanlarında işləyən məmurlar öz səlahiyyətlərini genişləndirmək üçün öz tanışlarını işə götürməyə çalışırlar”.
O bildirib ki, bunun qarşısını almaq üçün işlər görülür: “Çalışırıq ki, bu cür hallar tamam aradan qaldırılsın. ARDNŞ-də belə halların olması yolverilməzdir”.

Şirkətin digər vitse-prezidenti Suleyman Qasimov bildirib ki, dünya bazarında neftin qiymətinin düşməsi prosesi Azərbaycanın da gəlirlərinə təsir edir: “Deməzdim ki, neftin ucuzlaşması bizə təsir etməyəcək. Əgər neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, gəlirlərimiz cəmi 400 mln. manat civarında azalacaq. Bu, bir o qədər də böyük məbləğ deyil”.
S.Qasımov qeyd edib ki, Azərbaycanda neft hasilatının məsrəfləri orta hesabla hər 1 tona 90-100 dollar təşkil edir, barelə çevirdikdə isə bu, 15 dollara bərabərdir: “Düşünürəm ki, bəzi digər xərclərin stimullaşdırılması yolu ilə problemdən azad ola bilərik”.

SOCAR rəsmisi əlavə edib ki, neftin dünya bazarında ucuzlaşması Azərbaycan Dövlət Neft Fondunun da gəlirlərinə təsir edəcək: “Amma çox yox. Bizim yataqlardakı hasilat üzrə payımız müxtəlifdir. Ən böyük payımız 11,6%-dir ki, bu da “Azəri-Çıraq-Günəşli” yatağındadır. İllik bundan 300-400 mln. divident qazanırıq. Maksimum bu, 50% azala bilər”.
Bununla yanaşı S.Qasımov SOCAR-ın beynəlxalq bazarda yeni istiqraz emissiyasına hazırlaşdığını bəyan edib: “Biz 15 illik avrobondlar buraxmağı düşünürük. Əvvəl 5-10 illik buraxdıq. İnvestorlar bunda maraqlıdır. Artıq bəzi aidiyyəti orqanlara təkliflər göndərmişik. İnvestorlar SOCAR-a çox böyük maraq göstərirlər və 5 milyardlıq istiqraz təklifimiz var. Lakin biz 1 milyarddan artıq istiqraz emissiya edə bilmərik”.

Süleyman Qasımov benzinin qiyməti məsələsinə də toxunub: “Dövlət qərar qəbul edib qiymətlərin aşağı salınmasını təklif edə bilər. Ancaq benzinin qiymətində ARDNŞ-in gəlirliliyi xeyli azdır. Benzinin qiymətində vergi daha çox yer tutur”.
O bildirib ki, benzin Tarif Şurasının müəyyən etdiyi və tənzimlədiyi qiymətlərlə satılır: “Bizim tənzimlənən qiymətlər qonşu ölkələrlə müqayisə edilib. Bu zaman məlum olub ki, qonşu ölkələrdə vergi həddən artıq yüksəkdir. Belə olan halda bizdə benzinin vergisiz qiyməti digər ölkələrdən aşağıdır. Xaricdən gətirilən benzinlərin qiyməti isə dövlətin tabeliyində olan məsələ deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam