Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bəzi növ maşınların Azərbaycana idxalı şərtləri sərtləşdirilir

 

Azərbaycana Avro-4 ekoloji standartına uyğun olmayan avtomobil gətirən şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.

"Xeberinfo.com":  Məlumata görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə əsasən, bəzi şəxslər belə avtomobilləri Azərbaycana gətirir və onların qanunsuz satışı ilə məşğul olurlar: "Bu avtomobillərdən bəziləri hətta digər öləkələrdə qeydiyyatdan çıxarılmayıb. Bu şəxslərə qarşı müvafiq tədbirlər görülür".

DGK sədri qeyd edib ki, Azərbaycana bu avtomobillərin ehtiyat hissələrinin idxalının qarşısının alınması üzrə də addımlar atılır: "Bu avtomobillər üçün ehtiyat hissələri gətirən şəxslərə qarşı da müvafiq tədbirlər görülür".

O əlavə edib ki, bu ilin ilk iki ayında Azərbaycana nəqliyat vasitələrinin idxalı azalıb. ("Trend")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam