Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstandan Azərbaycana avtomobil idxalı azalıb

 

 

    "xeberinfo.com": 2014-cü ilin yanvar ayında Gürcüstandan Azərbaycana 20,35 milyon dollar dəyərində 2,38 min minik avtomobili ixrac olunub. Bu barədə Gürcüstan Milli Statistika Xidmətindən bildiriblər.

     Xidmətin məlumatına görə, qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 54,86 faizini təşkil edib.

       Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 24,24 faiz, say nisbətində isə 0,58 min ədəd azalıb. Müqayisə üçün, 2013-cü ilin yanvar ayında Gürcüstandan Azərbaycana 26,86 milyon dollar həcmində 2,96 min avtomobil ixrac edilib.
      Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başlayacaq Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.

     Hesabat dövründə Gürcüstandan Azərbaycana 2,04 milyon dollar dəyərində 0,29 min yük avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 5,56 faiz aşağıdır (say nisbətində isə 0,07 min ədəd yuxarı). Müqayisə üçün, 2013-cü ilin yanvarında Gürcüstandan Azərbaycana 2,16 milyon dollar dəyərində 0,22 min yük maşını idxal edilib.

      Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 37,09 milyon dollar və ya qeyd edilən dövrdə ölkənin ümumi ixracının həcminin 16,6 faizi

      İl ərzində Azərbaycana ixracat 19,5 faiz azalıb. Müqayisə üçün, 2013-cü ilin ötən ilin yanvarında Azərbaycana 46,05 milyon dollar dəyərində Gürcüstan malı ixrac edilib.

      Avtomobillər Gürcüstana xaricdən gətirilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam