Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NAZİRLİKLƏ DÖVLƏT XİDMƏTİ ARASINDA GƏRGİNLİK

 

Dövlət Miqrasiya Xidmətinin “xüsusi maraqlar” səbəbindən Azərbaycana gələn əcnəbilər və onların haqlarını tələb edən səfirliklərlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini üz-üzə gətirməsi, tərəflər arasında kəskin qarşıdurma yaradıb.

"Xeberinfo.com":  Strateq.az-a daxil olan məlumata görə, viza tələb olunmayan ölkələrdən Azərbaycana gələn əcnəbilər qanuna uyğun olaraq, poçt şöbələri vasitəsiylə qeydiyyata dursalar da, Dövlət Miqrasiya Xidməti süni gərginliyə yol açıb:

“Son aylar Dövlət Miqrasiya Xidməti poçtla göndərilən sənədləri bilərəkdən qeydiyyata almayaraq, həm əcnəbiləri, həm də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini çox çətin vəziyyətdə qoyub. Belə ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları poçt vasitəsi ilə qeydiyyata düşən əcnəbiləri Azərbaycanı tərk etmək istəyərkən, sərhəddən geri qaytarır, onların hər birini cərimə məbləğinin ən yüksək həddi ilə cəzalandırırlar. Sərhəddə qəfil üzləşdikləri qaba rəftar və qadağadan şoka düşən əcnəbilərin bəziləri əlavə vaxt və əsəb sarsıntısı yaşamamaq üçün maksimum cərimə həddini – 400 manatı ödəməklə, xidmətin “cəngi”ndə qurtulurlar. Ancaq nazirliyin, dolayısı ilə dövlətin etibarı zədələnir, insanların bu quruma, onun müəssisələrinə inamı itir. Çünki bəzi əcnəbilər üzləşdikləri “pul tələsi” haqqında Azərbaycanda olan səfirliklərinə şikayətlənirlər. Bəziləri isə ölkəni tərk etdikdən sonra öz ölkələrinin müvafiq qurumlarına müraciət edirlər. Həmin ölkələrin səfirlikləri isə həmin öz vətəndaşlarının qanuni yolla qeydiyyata düşmələrini təsdiqləyən və müvafiq poçt şöbələrinin verdiyi sənədləri Dövlət Miqrasiya Xidmətinə göndərməklə, belə hallara son qoyulmasını tələb edirlər. Ancaq Miqrasiya Xidməti buna da məhəl qoymur. Nazir Əli Abbasov da həm nazirliyin etibarını, həm də Azərbaycanın nüfuzunu qorumaq üçün Dövlət Miqrasiya Xidməti və bu xidmətin rəisi Firudin Nəbiyevlə bir neçə dəfə təmas yaradıb. Ancaq nazirliyin təsdiqləyici sənədləri təqdim etməsinə baxmayaraq, xidmət rəhbərliyi hər dəfə “sənədlər xidmətə daxil olmayıb” bəhanəsi ilə suçu nazirliyin üzərinə atıblar. Əli Abbasov da bundan sonra kəskin qərar verib”.

Firudin Nəbiyev

Firudin Nəbiyev

Məlumata görə, nazir Əli Abbasov aprel ayının 1-dən poçt şöbələrinə Dövlət Miqrasiya Xidmətinə bütün növ məktubların və miqrasiya sənədlərinin göndərilməsini qadağan edib:

“Əslində, bu əmrə qədər, yəni mart ayının ikinci ongünlüyündə nazirlik Miqrasiya Xidmətinə sənədlərin göndərilmə rüsumunu 2 manat 30 qəpikdən 5 manat 50 qəpik səviyyəsinə qədər qaldırdı. Daha sonra isə 90 günlük qeydiyyatla bağlı əcnəbilərin xidmətə sənəd göndərmələrini poçt şöbələrinə qadağan elədi. Bu əmr aprel ayının 1-dən qüvvəyə minib”.

Onu da qeyd edək ki, ölkəmizə gələn əcnəbilər qanunla 10 gün qeydiyyatsız burada qala bilərlər. 10 gündən 90 günə qədər Azərbaycanda qalmaq istəyən əcnəbilər isə Dövlət Miqrasiya Xidmətinin regional İdarələrinə və istənilən poçt şöbəsinə tələb olunan sənədləri təqdim etməklə, pulsuz (yəni qeydiyyat rüsumu ödəmədən) problemi həll edirdilər. İndisə vəziyyət dəyişib. Yəni, yuxarıda vurğulandığı kimi, əcnəbilərin poçt vasitəsiylə qeydiyyata alınmasına artıq qadağa qoyulub. Bu isə Avropa Olimpiya Oyunları ərəfəsində ölkəmizin imicinə zərbə vurmaqla yanaşı, həm də Miqrasiya Xidmətinin regional şöbələrində dəhşətli basabasa yol açıb…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam