Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda bayram namazı qılındı

 

Qarabağ torpaqlarının işğaldan azad olunması üçün dualar edilib.

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.

"Xeberinfo.com" APA-ya istinadən  xəbər verir ki, Əjdərbəy məscidində saat 8.00-da başlayan namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayevin, Təzəpir məscidində saat 9.00-da başlayan namaz isə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Bayram namazının qılınmasından sonra A. Paşazadə jurnalistlərə açıqlamasında Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. 

QMİ sədri xalqa rifah, əmin-amanlıq arzulayıb, Qarabağ torpaqlarının işğaldan azad olunması üçün dualar etdiyini bildirib. 

Qeyd edək ki, Azərbaycanda dünən və bu gün Ramazan bayramı qeyd olunur.

İyunun 29-da başlayan Ramazan ayı başa çatır.

Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə iyulun 28-i və ya 29-na düşür. Azərbaycan hökumətinin qərarına əsasən, hər iki gün bayramdır. 

Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam