Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Əks-kəşfiyyat tədbirləri həyata keçirilir”

 

Milli Təhlükəsizlik Nazirliyinin akt zalında Milli təhlükəsizlik orqanlarının 96 illiyi münasibətilə təntənəli mərasim kerilib.

"Xeberinfo.com":  General-polkovnik Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibəti ilə təbrik edib.
Ötən ilin də ölkəmizin həyatında uğurlu olduğunu, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycanın dinamik inkişaf edən və təhlükəsizliyin hərtərəfli təmin olunduğu ölkə imicini qoruyub saxladığını qeyd edib. Prezident İlham Əliyev tərəfindən milli maraqlar naminə uğurla həyata keçirilən siyasi-iqtisadi kurs ölkəni mürəkkəb dövrdə də strateji məqsədlərinə doğru inamla irəli aparır. Bu gün Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran etibarlı tərəfdaş ölkə kimi tanındığını deyən nazir Eldar Mahmudov, Ermənistanın təcavüzkar dövlət və Cənubi Qafqazda təhlükəsizliyə ciddi təhdid mənbəyi olması indi əksər beynəlxalq təşkilatlar və ölkələr tərəfindən qəbul edildiyini vurğulayıb. Ötən il Milli Təhlükəsizlik Nazirliyi üçün də uğurlu olub, respublikda təhlükəsizlik etibarlı şəkildə təmin edilib, sabitlik qorunub saxlanılıb.
Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətləri üzrə əldə edilən önəmli nəticələr barədə məlumat verərək deyib ki, kəşfiyyat xətti ilə ölkəyə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib. Eyni zamanda, respublika əleyhinə kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir. Silahlı Qüvvələrdə gedən islahatlar və müşahidə olunan pozitiv tendensiyada hərbi əks-kəşfiyyat orqanlarının müsbət fəaliyyətini qeyd edən nazir Eldar Mahmudov, bu istiqamətində nöqsanların vaxtında aşkarlanması və qarşısının alınması üzrə fəaliyyət xəttinin, Müdafiə Nazirliyi və qanunvericiliklə nəzərdə tutulan digər silahlı birləşmələr ilə işgüzar əlaqələrin daha da gücləndiyini diqqətə çatdırıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib.
Nazir Eldar Mahmudov olduqca çətin şəraitdə xidmət aparan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın təhlükəsiz dövlət olduğunu bir daha təsdiqləyir. Bu baxımdan, Azərbaycanın milli təhlükəsizlik orqanlarının qarşısında da böyük vəzifələr durur. Cinayətkarlıqla mübarizə, sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcək. Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına qayğısına görə ölkə rəhbərinə minnətdarlığını çatdıraraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinə sadiq olan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən döv­lətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaq.
Milli Təhlükəsizlik nazirinin müavini general-leytenant Elçin Əliyev məruzəsində bildirib ki, indi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Milli maraqlara mümkün təhdidlərə qarşı effektliyi işdə təsdiq olunmuş mübarizə xətti uğurla davam etdiriləcək, qarşıda qoyulan vəzifələrin həyata keçirilməsi üçün görülən tədbirlər öz müsbət nəticəsini bundan sonra da verəcək. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə bildirib ki, ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Akademiya da xüsusi xidmət orqanlarının ümumi fəaliyyətinin uğurla həyata keçirilməsində bütün səylərini səfərbər edir.
Tədbirdə Prezident İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Prezidentinin sərəncamları elan edilib. Bu, şəxsi heyət tərəfindən sürəkli alqışlarla qarşılanıb. Xidmətdə fərqlənən əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik nazirinin əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam