“NEMTSOVU MƏN ÖLDÜRMÜŞƏM”
Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində ittiham edilən Zaur Dadayev məhkəmə cinayətini etiraf edib.
"Xeberinfo.com": ANS PRESS-in məlumatına görə, hakim bildirib ki, Dadayev Nemtsovu öldürdüyünü böynuna alıb: “Dadayevin təqsirliyi onun etiraf ifadələri ilə təsdiq edilir”.
Həbsin müddəti aprelin 28-nə qədər təyin edilib.
Qeyd edək ki, Boris Nemtsovun qətlinə görə daha iki nəfər Boris Nemtsovun qətlinə görə daha iki nəfər – Baxayev və Əsgərxanov şübhəli bilinirlər. Bu barədə İnquşetiya Təhlükəsizlik Şurasının katibi Albert Baraxoev məlumat verib. Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti iki nəfəri – Anzor Qubaşev və Zaur Dadayevi həbs edərək qətlin iсraçıları qismində istintaqa сəlb etmişdi. Növbəti iki nəfərə gəlinсə, bunlardan biri A.Qubaşovun kiçik qardaşı, digəri isə avtomobildə Z.Dadayevin yanında olan şəxsdir. Beləliklə, Nemtsovun işi üzrə hazırda 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Məlumatlara görə, saxlanılanlardan Zaur Dadayev Çeçenistanda Şimal batalyonunun komandir köməkçisidir. Anzor Qubaşev isə Moskvadakı özəl mühafizə qurumlarından birində işləyib.
Baraxoevin dediyinə görə, hər iki şəxs milliyyətсə çeçendir. Onların ailələri keçən 60-сı illərdə İnquşetiyaya köçüb. Lakin hər iki şəxs artıq 10 ildir ki, qeydiyyatda olduğu ünvanda yaşаmır.
«İnterfaks»ın yaydığı məlumata görə, iş üzrə çeçen əsilli daha bir şübhəli məyyən edilib. Lakin o, saxlanılarkən dünyasını dəyişib. Belə ki, polislər onun Qroznıdakı mənzilinə basqın ediblər. Bu zaman polislərə qumbara atan şübhəlinin qəlpə yarasından öldüyü bildirilir. Hüquq-mühafizə orqanlarından bildirilib ki, şübhəli şəxsin əlində iki qumbara olub. Əvvəlcə onların birini polislərə tərəf atıb. İkinci ilə isə özünü partladıb.
“Çeçenistanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayətkar Qroznının Lev Yaşin küçəsindəki çoxmərtəbəli binada gizlənibmiş. Polis həmin ərazini mühasirəyə alıb və ondan təslim olmağı tələb edib. O isə əvvəlcə polislərə tərəf əl qumbarası atıb. Sonra isəikinci partlayış olub və həmin şəxs aldığı qəlpə yaralarından yerindəcə keçinib. Polisdən və mülki şəxslərdən heç kim xəarət almayıb” – deyə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Vəkil Vadim Proxorov Nemtsovun qətli üzrə saxlanılan şəxslərin adlarını ilk dəfə eşitdiyini bildirib. Və saxlanılanlarla bağlı şübhə və tərəddüdlərini dilə gətirib: «Başa düşə bilmirəm ki, Şimali Qafqazın islamçılarına Nemtsov hansı problem yarada bilərdi? Əlbəttə ki, bütün versiyalar yoxlanılmalıdır. Amma hər bir versiya konkret fakta əsaslanmalıdır».
Proxorov istintaqın gedişi ilə bağlı bir çox suallarının olduğunu da deyib: «Bu iki nəfərin saxlanılmasından sonra İstintaq Komitəsinin susqunluq nümayiş etdirməsi məni narahat edir. Anlaya bilmirəm, bu, həmin şəxsləri həbs edən Federal Təhlükəsizlik Xidməti ilə istintaq orqanı arasındakı rəqabətdir, yoxsa ziddiyyət?».
Vəkil onu da əlavə edib ki, Nemtsovun qətli ilə bağlı zərərçəkən qismində kimsə tanınmalıdır və bu şəxs böyük ehtimalla mərhumun anası olaсaq.
Xatırladaq ki, Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Ona dörd güllə dəyib. Qətllin arxasında Kremlin durduğu ehtimaı edilir. Ona görə də çeçenlərin bu qətli etiraf etmələtnə şübhə ilə yanaşılır. Bunda əvvəl qətli “Yeni Rusiya” terror qruplaşması öz üzərinə götürmüşdü.