Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Nemtsov İslamla yox, avtoritarizmlə mübarizə aparırdı”

 

Rusiyada müxalifətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayevin etirafedici ifadələr verdiyi bildirilir.

"Xeberinfo.com":  Məlumata görə, onun müxalifətçini İslamı və müsəlmanları təhqir etdiyi üçün öldürdüyü deyilir.

Hərçənd bu versiyaya inananlar azdır. Azərbaycanda da məsələ ilə bağlı mövqelər bildirilir.

Politoloq Ərəstun Oruclu facebook səhifəsində yazır: “Yəni Nemtsovun qətlinin izi birbaşa Putinin hakimiyyətdaxili rəqiblərinə aparır. Burada artıq nə baş verəcəyini demək çətindir. Çünki hər şey hakimiyyətdaxili məsələlərin müzakirəsindən asılı olacaq. Ya tutulan şəxslərin üzərində işi bağlayıb adını “İslam fundamentalizmi” qoyacaqlar, yox, əgər qarşıdurma kartların açıla biləcəyi həddə çatıbsa, o zaman mümkündür ki, iş sona qədər getsin. Deyəsən, bu qətl də müsəlmanların ayağına yazılacaq...” 

Politoloq Vəfa Quluzadə də bu versiyanı inandırıcı saymır. O, “Azadlıq”a müsahibəsində deyib: “Şəxsən mən bunu tamamilə inandırıcı saymıram. Məsələ başqadır. Boris Nemtsov müxalifət lideri idi, iqtidarın ən şiddətli tənqidçilərindən idi, o, böyük bir mitinq ərəfəsində qətlə yetirildi. Buna görə də bu gün Rusiyada böyük rəy bu qətli Kremllə əlaqələndirir. Son versiya isə qəbul edilmir. Belə çıxır ki, çeçenlər Çeçenistandan durub Moskvaya gəlib belə bir qətl törədiblər?! Özü də Kremlin iki addımlığında. Buna dünyanın heç bir yerində inanmırlar.

Nemtsovun qızı bu günlərdə dedi ki, atasını apardığı siyasətə görə öldürüblər, o da İslama qarşı siyasət aparmırdı ki... O, avtoritarizmə qarşı mübarizə aparırdı. Elə ilk gündən Moskvada müstəqil dairələr, müxalifət əsl qatillərin, onun sifarişçilərinin tapılmayacağını, ortaya saxta səbəblər qoyulacağını deyirdi. Belə də oldu. Bu versiya heç inandırıcı deyil”.

Bəs bu versiyaya heç kim inanmırsa, o zaman niyə rəsmi versiya kimi vəsiqə verilir?

Vəfa Quluzadə deyir ki, bu gün Kremlə Qərbi inandırmaq lazım deyil, bu versiya daxili təbliğat üçün düşünülüb: “Həmin versiya aşağılar üçündür. Rusiyanın 20 faizini təşkil edən ziyalılar, intelligensiya isə buna inanmayacaq”.

Vəfa Quluzadə bir məqama da diqqət çəkir. Onun sözlərinə görə, bu gün Rusiyada antisemitizm çox güclüdür, sadəcə hakimiyyət onun alovlanmasına imkan vermir: “Nemtsovun anası yəhudi idi, ona görə bu ölüm antisemitistlərin ürəyindəndir. Bundan başqa, bu ölkədə 20 milyon müsəlman yaşayır. Bu gün Nemtsovun qətlinin “Charlie Hebdo”ya, İslamı təhqir edən karikaturaçılara bağlanması müsəlmanların da maraqlarına xidmət edir. Bu versiya bütün mürtəce qüvvələrə xidmət edir”.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam