Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

DTX-nın HƏBS ETDİYİ CASUS ZABİTƏ ƏN AĞIR CƏZA –Ömürlük azadlıqdan məhrum edildi!

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılaraq istintaqı aparılmış daha bir cinayət işi üzrə məhkəmə qərarı elan olunub. Söhbət Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyində mühüm vəzifələrdə çalışmış İsmayılov Zakir Əlibala oğluna qarşı cinayət işindən gedir. O, dövlətə xəyanətdə ittiham olunur.

Yenixeber.org: İstintaqla müəyyən edilmişdir ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət etmişdir.

 

 

Məlumata görə, Zakir İsmayılovun məhkəmə istintaqı yekunlaşıb və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, ömürlük azadlıqdan məhrum edilib.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam