Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Həsənovun qardaşı ölkədən qaçdı

 

Eldar Həsənovun qardaşı ölkədən qaçdı

Özünü DTX polkovniki, general kimi təqdim edərək, baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Yenixeber.org: Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında bu işdə adı keçən əsas şəxslərdən biri olan Ələkbər Həsənovun və oğlunun məhkəməyə gəlmədiyi məlum olub. Onun barəsində ötən məhkəmə iclasında məcburi gətirilmə qərarı çıxarılmışdı. Lakin elan olunub ki, Ələkbər Həsənov ölkə xaricindədir.

Bu işdə adı dəfələrlə hallanan, "Nüfuzlu Həsənovlardandır", "Hörmətli Ələkbər müəllim" kimi təqdim edilən Ələkbər Həsənov kimdir?

Sayt Ələkbər Həsənovun kimliyi ilə bağlı məlumatlar əldə edib. Məlum olub ki, Ələkbər Həsənov sabiq baş prokuror, hazırda Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun qardaşıdır.

Ələkbər Həsənov əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyib. Sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamentində olub. Onun barəsində mətbuatda xeyli sayda qalmaqallı məlumatlar dərc edilib.

Ələkbər Həsənov həbs edilən şəxslərdən Elxan Hümbətovun dayısıdır. Elə Ələkbər Həsənovun vasitəsi ilə baş həkim Mübariz Zeynalov Qusardan Sumqayıta baş həkim göndəriləcəkmiş. 125 min manat da məhz bunun üçün baş həkimdən alınıb.

Bu işdə ilginc məqamlardan biri də budur ki, zərərçəkmiş Mübariz Zeynalova pulu elə Ələkbər Həsənov qaytarıb. Bunu baş həkim Mübariz Zeynalov ötən məhkəmə iclaslarında etiraf etmişdi. Demişdi ki, Ələkbər Həsənovun adamı pulları ona qaytarıb. Amma konkret olaraq, ad çəkməmişdi.

Elxan Hümbətovun məhkəmə proseslərində iştirak edən qohumları bu işdə əsas günahkarın Ələkbər Həsənov olduğunu deyirlər. Onlar mütləq şəkildə Ələkbər Həsənovun məhkəmədə dindirilməsini tələb edirlər. Amma görünən budur ki, Ələkbər Həsənov ölkədən qaçıb.

Baş həkim Mübariz Zeynalov da artıq iki məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, zərərçəkmiş heç bir səbəb göstərmədən məhkəmənin çağırışına məhəl qoymur.

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti iclasda prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Bu işdə mübahisəli məqam baş həkimdən pulun neçə alınmasıdır. Təqsirləndirilən şəxslər deyirlər ki, baş həkim Sumqayıta baş həkim getmək üçün bu qədər pul verib. Amma baş həkim Mübariz Zeynalov isə deyir ki, onu flaş kartla hədələyərək, bu qədər pul alıblar. Baş həkim deyib ki, həmin flaş kartda ailəsi və özü ilə bağlı videogörüntülərin, şəxsi məlumatların olduğu deyilib.

Xatırladaq ki, Rövşən Əliyev bir neçə gün əvvəl Bakıda həbs edilən "generallar"dan olub. Belə ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov da general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib, təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək, insanları buna inandırmışdı.

Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək, aldadıb pullarını almışdı. Bundan sonra eyni əməllərlə vətəndaşları aldadan iki general da həbs edilmişdi.

Məlumata görə, "general Rövşən Əliyev" daha əvvəllər "Koroğlu" ləqəbi ilə tanınıb. O, daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb. Bu iş üzrə ümumilikdə 3 nəfər zərərçəkmiş var. Onlardan biri də keçmiş məktəb direktorudur. Zərərçəkmişlər təqsirləndirilən şəxslərlə barışıblar. Baş həkim və digərlərinə dəymiş zərər ödənilib.(müsavat) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam