Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümünə səbəb olan avtoqəza törətməkdə ittiham edilən Elturan Fərəcovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasəb E.Fərəcov 10 il meddətinə azadlıqdan məhru edilib.

Qəza hadisəsi 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib.

Rusiyaya gedən “Mercedes” markalı mikroavtobus “KamAZ” markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində “Mercedes” markalı maşının sərnişinlərindən 4 nəfəri dünyasını dəyişib.

Onlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğludur.

Qəzada iki nəfər də yaralanıb.

Ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.

“KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.

Qəza zamanı yalnız “KamAZ”ın sürücüsü ilə mikroavtobusun sürücüsü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarət almayıb.

Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.

Qəzadan sonra Elturan Fərəcov həbs edilib. O, Cinayət Məcəlləsinin 263.3-cü (2 və daha çix şəxsin ölümünə səbəb olan avtomobil qəzası törətmə) maddəsi ilə ittiham edilir.