Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

3 ayda Azərbaycanda-172 nəfər İİV-ə yoluxub

3 ayda Azərbaycanda 172 nəfər İİV-ə yoluxub
2019-cu ilin birinci rübündə 172 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb. Onlardan 167-si (97,1%) Azərbaycan vətəndaşı, 5-i (2,9%) isə əcnəbilərdir. Qeydiyyata alınan 167 yerli sakindən 114-ü kişi, 53-ü isə qadındır.
Yenixeber.org: Bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumatda bildirilib. 

Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 51 İİV-li xəstə QİÇS mərhələsinə keçib, 16 nəfər İİV infeksiyasından vəfat edib. 

Cari ilin ilk 3 ayında aşkar olunan İİV-ə yoluxma hallarının 12,8 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 1987-ci ildən cari ilin aprelinə qədər olan dövr ərzində isə bu rəqəm 43 faizə bərabər olub. 

Bu ilin birinci rübündə İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 

22 nəfər parenteral, 118 nəfər heteroseksual, 8 nəfər homoseksual kontakt nəticəsində, 1 nəfər şaquli yolla yoluxub, 19 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir. 

Antiretrovirus terapiyaya hazırda 5181 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 201 nəfərin müalicəsi 2019-cu ilin ilk 3 ayı ərzində başlayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam