Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda 106 nəfər qızılcaya yoluxub

"Bu ay qızılcaya yoluxanların sayında azalma var".

Yenixeber.org: “Ötən ilin dekabr və bu ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda qızılcaya yoluxma hallarında azalma qeydə alınıb”.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

O qeyd edib ki, bu ay qızılcaya yoluxanların sayında azalma var: “Qızılcaya tutulanların əksəriyyəti yenə də əsasən, 20-40 yaş arasında olan şəxslərdir. Onlar da vaxtilə peyvənd olunmayıblar. Uşaqlar arasında çox az sayda yoluxma faktı qeydə alınıb. Əgər hansısa uşaq peyvənddən kənarda qalıbsa, onlara peyvəndlərin vurulması təmin edilir”.

A.Əliyeva bildirib ki, bu ilin yanvar ayı ərzində 51 nəfərin qızılcaya yoluxması (ötən ilin dekabrında 55) təsdiqlənib: “Ümumilikdə isə fevral ayına qədər 106 yoluxma hadisəsi qeydə alınıb”.

O, həmçinin xatırladıb ki, Səhiyyə Nazirliyi 160 min vaksin alınmasını sifariş verib və həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır. Həmin peyvəndlərin kimlərə vurulması ilə bağlı müvafiq əmr imzalandıqdan sonra peyvəndləmə işlərinə başlanılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam