Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda İİV infeksiyasından 950 nəfər ölüb - STATİSTİKA

    

Azərbaycanda İİV infeksiyasından 950 nəfər ölüb - STATİSTİKA
2018-ci ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 547 nəfər təşkil edib ki, onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir.
 Yenixeber.org: Bunu Respublika QICS -lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov bu gün keçirdikləri tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6111 nəfər qeydiyyata götürülüb ki, onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

Mərkəz rəsmisi əlavə edib ki, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 950 nəfərdir. 

2018-ci ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8%-ində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi , 44,2 %-ində heteroseksual, 2,6 %-ində homoseksual kontakt , 1,8 %-ində anadan uşağa ötürülmə yolu, 0,02 %-ində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 %-ində yoluxma yolu müəyyən edilməkdədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam