Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Milli Məclisin yaz sessiyası başlayır- bu gündən

 

Fevralın 1-də Milli Məclisin 2019-cu il yaz sessiyası başlayır. 

Yenixeber.org: Qanunverici orqanın toplantıları mayın 31-dək davam edəcək. 

Parlamentin ilk plenar iclasının gündəliyinə isə 38 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İnzibati icraat haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və s. qanunlara, eləcə də İnzibati Xətalar, Əmək, Cəzaların İcrası və Ailə məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar eyni zamanda Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planını təsdiq edəcək, parlamentin Hesablayıcı komissiyasının, İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə baxacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam