Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Eldar Mahmudovun yeni görüntüləri yayıldı– FOTO

Eldar Mahmudovun yeni görüntüləri yayıldı

 

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırıldığı və ifadə verdiyi məlum olub.

Yenixeber.org: Bu dəfə Mahmudov oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. 

A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub. 

Xatırladaq ki, Eldar Mahmudovun köməkçisi və qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. Bu iş üzrə onun azı iki dəfə ifadə verdiyi məlumdur, çünki keçmiş nazirin İstintaq İdarəsindən çıxarkən fotolarını çəkib yaymışdılar. Habelə MTN-çilərdən zərər çəkənlərin bir neçəsi Mahmudovu güdüb idarədən çıxarkən yaxalamışdı və üzünə tüpürmüşdü.

İndi E.Mahmudovun oğlunun ölkədən 1 milyard dollar pul çıxarması epizodu üzrə dindirilməsi barədə xəbər təsdiqlənərsə, bu, o deməkdir ki, keçmiş nazirin ardınca oğlu da istintaqa cəlb olunacaq. Hansı ki, Anar Mahmudov “Caspian Crystal” holdinqinin rəhbəri kimi hazırda da biznesini davam etdirir.

Digər maraqlı məqam bundan ibarətdir ki, bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət yolu ilə əldə edilmiş 1.7 milyard dolları leqallaşdırmaqda və xarici offşor hesablara ötürməkdə təqsirləndirilən iki nəfərə - Malik Əliyevə və Vüqar Osmanova hökm çıxarıb, onları uzunmüddətli həbsə məhkum edib. Lakin bu cinayət işinin təfərrüatları ilə bağlı məlumat yoxdur, bununla belə həmin şəxslərin Mahmudovun qruplaşmasına daxil olduqlarını göstərən bəzi dəlillər var.

 

E.Ə.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam