Sabiq nazir ikinci dəfə ifadə verəcək.
Yenixeber.org: Noyabrın 10-da sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov növbəti dəfə ifadə verməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılacaq.
Onun barəsində həbs qərarının çıxarılması gözlənilir.
Qeyd edək ki, sabiq nazirin noyabrın 6-da da ifadəsi alınmış, Musavat.com saytı sabiq MTN rəhbərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən çəkilmiş fotolarını əldə etmişdi.(aznews)