Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

CHP-nin ən böyük mitinqi -FOTOLAR

 

  

 

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının(CHP) sədri Kamal Kılıçdaroğlu 25 gün bundan əvvəl Ankara Güvənparkta başladığı Ədalət Yürüşünün 3,5 kilometrlik son etabına Türkiyə saatı 16:00-da Dragostan çıxaraq başladı.

 

Yenixeber.org:   Kamal Kılıçdaroğlunu 2 kilometrlik hissədə CHP rəsmiləri və bəzi partiyadaşlar müşayiət edir. 2 kilometrlik yürüşün ardından qısa bir fasilə veriləcək. CHP lideri fasilənin ardından 1,5 kilometrlik son hissəni isə tək addımlayacaq.

Kılıçdaroğlunun, yürüyüşünün son 150 metrini isə mitinq sahəsində qurulan platformada gerçəkləşdirəcəyi və cəmi 432 kilometrlik Ədalət Yürüşünü bu cür yekunlaşacağı bildirilib


Ədalət mitinqi üçün göndərilən 3 min maşınla əraziyə dətəkçilər toplaşdı. CHP-nin həyata keçirdiyi mitinqlərdə ilk dəfə bu qədər izdiham olub.

Mininqin keçirildiyi ərazidə təhlükəsizlik tədbirləri ən üst səviyyəyə çıxarılıb.

İstanbul Valisi Vasip Şahin çıxıışda "Cənab Kılıçdaroğlu cümə günündən etibarən rayonumuza daxil olmağa başladı. Bu gün axşama doğru mitinqləri olacaq. Mitinq və yürüş marşrutunun təhlükəsizliyini təmin etmək üçün 15 min polis gücləndirilmiş rejimdə xidmət göstərir. Burada təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə çatdırılıb. İnşallah ən gözəl şəkildə mitinq keçiriləcək" deyib.


CHP Lideri Kamal Kılıçdaroğlu gələnə qədər məşhur müğənni Onur Akın "Bekle bizi İstanbul" mahnısı ilə konsertə başlayıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam